NATO generallarından “birbaşa müdaxilə” çağırışı – Rusiyanın başı dərddə

 

NATO artıq başa düşməlidir ki, ya Alyans göstərilən ərazidən kənara çıxır, ya da fəaliyyətini dayandırır.

Demokratikmusavat.com ” “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ və NATO-nun müttəfiq qüvvələrinin keçmiş baş komandanı (1997-2000) Uesli Klark Rusiya-Ukrayna cəbhəsindəki hazırkı vəziyyətli şərh edərkən deyib.

Ehtiyatda olan generalın sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün NATO qüvvələrinin birbaşa müdaxiləsi lazımdır.

“…NATO-nun birbaşa hücum olmadığı təqdirdə heç nə əldə edilməyəcək… Artıq öyrəndiyimiz dərslərə qayıtmağın vaxtıdır. NATO müdaxilə etməlidir. Gəlin bunu rəsmiləşdirək və ruslara atəşi dayandırmağı əmr edək. NATO müdaxiləsi olmadan müharibə dayandırıla bilməz”, - Klark bildirib. 

ABŞ Ordusunun təqaüddə olan generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı keçmiş (2013-2016-cı il) komandanı Filip Bridlav isə bildirib ki, bəlkə də müəyyən dövlətlər koalisiyası işə düşə bilər: “Onlara potensial olaraq BMT-nin dəstəyi olsa, çox gözəl olardı. Amma indiyə kimi bütün Alyansın belə bir addım atması ehtimalı azdır. Baxmayaraq ki, mən şəxsən bu qərarı dəstəkləyərdim”.

Bridlavın fikrincə, indi ABŞ öz iştirakını artırmalı və Ukraynaya daha çox silah verməlidir. O, həmçinin hesab edir ki, Ukraynaya hərbi yardımın son tranşı yetərli olmayıb. Ukrayna indi əhəmiyyətli dərəcədə silahsız vəziyyətdədir. Təqaüddə olan general deyir ki, qüvvələrin qarşıdurması “10-un bir nisbəti” ilə ölçülür.

Mürtəza
Demokratikmusavat.com

0.22044110298157