Türkiyənin Antalya şəhərinin Fethiye şosesində turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Demokratikmusavat.com xəbər verir ki, hadisə zamanı 1 turist həyatını itirib, 22 nəfər yaralanıb.
Dənizlidən Antalyaya gedən tur avtobusu Karamanda aşıb.
Qəza yerinə çoxlu sayda təcili yardım cəlb edilib. Yaralılar təcili tibbi yardım maşınları ilə özəl xəstəxanaya və Korkuteli Dövlət Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırmalar davam edir.