Ermənistanda mitinqlər müxalif deputatları ziyana salacaq

 

Hər hansı siyasi böhran yoxdur, parlamentdə işimiz normal gedir, amma bütün bunlara son qoymağı bacarmayan müxalifətdə böhran görürəm. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu  iyunun 14-də jurnalistlərə müsahibəsində hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Armen Xaçatryan deyib.

O, İrəvanın müxalifətin etiraz aksiyaları keçirdiyi Fransa meydanının boşaldılması ilə bağlı qərar verə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, müxalifətin görüşünə rəsmi icazə verilməyib.

“Əgər onlar görüş keçirmək istəyirlərsə, bunu elə etsinlər ki, vətəndaşlarımıza narahatlıq yaratmasınlar”, - Xaçatryan əlavə edib.

Xaçatryan əlavə edib ki, hakimiyyət müxalifət deputatlarını mandatdan məhrum etmək üçün heç nə etməyib, lakin onların parlamentdə olmaması maaşlarına təsir edəcək.

“Hakim partiyanın fəaliyyətini müxalifətin davranışı müəyyən edir və buna əsasən qərarlar veriləcək. Etiraz aksiyaları rəsmi icazə əsasında keçirilməli və iğtişaşlara çevrilməməlidir. Hakimiyyət narahatlıq yaşayan və nəqliyyatın hərkətinin bərpasını tələb edən  vətəndaşlar tərəfindən güclü təzyiq altındadır” – deputat bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.21364498138428