Rusiya müharibəni bitirməyə hazır olsa, Ukrayna danışıqlar masasına qayıdacaq .
“Demokratikmusavat.com ” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ZDF telekanalına müsahibəsində Rusiya Federasiyası ilə sülh danışıqlarının dondurulmaması şərtini açıqlayıb.
Onun sözlərinə görə, Ukrayna Rusiya ilə danışıqlar masası arxasına oturmağa hazırdır, ancaq bir şərtlə ki, düşmən həqiqətən müharibəni bitirmək istəyir.
“Bizim nəticə verməyən söhbətlərə vaxtımız yoxdur. Biz nə etdiyimizi dəqiq bilirik. Vurğulayıram ki, bizim heç bir şübhəmiz yoxdur və yalnız qarşı tərəf müharibəni bitirməyə hazır olduqda danışmağa hazırıq”, - o qeyd edib.
Mürtəza
Demokratikmusavat.com