“Əri necə öldürmək olar” essesinin müəllifinə ömürlük həbs cəzası verildi - FOTO/VİDEO

 

Oreqon məhkəməsi ərini öldürməkdə təqsirli bilinən 71 yaşlı Nensi Krempton-Brofinə hökm oxuyub.

Demokratikmusavat.com xəbər verir ki, “Əri necə öldürmək olar” adlı essenin müəllifi olan yazıçı 25 ildən sonra şərti azadlığa çıxmaq hüququ ilə ömürlük həbs cəzasına məhkum edilib.

Qətl hadisəsi 2018-ci il iyunun 2-də baş verib. Aşpaz Daniel Brofi Oreqon Kulinariya İnstitutunun mətbəxində ölü tapılıb. Ölümün səbəbi ürək nahiyəsindən aldığı güllə yaraları olub. Həmin ilin sentyabr ayında qurbanın arvadı Krempton-Brofi qətl ittihamı ilə həbs edilib. Cari ilin may ayında isə andlılar məhkəməsi 71 yaşlı yazıçını təqsirli bilib.

İstintaqın məlumatına görə, Brofi ailəsi ciddi maliyyə problemləri ilə üzləşdiyi üçün Krempton-Brofi ərini öldürüb. O, bu yolla həyat yoldaşının bir milyon dollarlıq (1,7 milyon manat) sığortasını almaq istəyib.

Yeri gəlmişkən, qeyd edək ki, 2011-ci ildə o, “Əri necə öldürmək olar” adlı esse dərc etdirib. Bununla belə, bu fakt məhkəmə dinləmələrində yazıçıya qarşı sübut kimi istifadə edilməyib.

316262

0.22137808799744