Putin qırmızı xətti çoxdan keçib və onun kim olduğunu… - Klinton

 

Rusiya-Ukrayna müharibəsinin nəticəsi Rusiyanın məğlubiyyəti olmalıdır.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton “France Culture” nəşrinə müsahibəsində bildirib.

Klinton qeyd edib ki, ona görə də Rusiya-Ukrayna danışıqlarının vaxtı hələ gəlməyib. 

Bu kontekstdə Klinton Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın alçaldılmaması və münaqişənin diplomatiya yolu ilə həllinə imkan verilməsi ilə bağlı fikirlərini aktual hesab etməyib. Klinton Putinin qırmızı xətti çoxdan keçdiyini bəyan edərək, əlavə edib ki, böyük ehtimalla Baltikyanı ölkələr və Polşa Putinin kim olduğunu və məqsədlərinin nə olduğunu daha yaxşı bilir.

Mürtəza
Demokratikmusavat.com

0.27003693580627