Ukrayna MN: "Rusiyanın uğursuzluğunun səbəbi..."

 

Ukrayna Silahlı Qüvvələri çoxlu sayda mülki şəxsin gizləndiyi Severodonetskdə yerləşən "Azot" zavoduna nəzarət edir. Ukraynada daha bir Rusiyanın blitskriqi Ukrayna hərbçilərinin inadkar müqaviməti nəticəsində uğursuzluğa düçar olub.

Demokratikmusavat.com -ın məlumatına görə, bunu müsahibəsində Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak deyib.

Onun sözlərinə görə, humanitar nöqteyi-nəzərdən Severodonetskdə vəziyyət "çox, çox ağırdır" və mühasirəyə alınmış Mariupoldakı vəziyyətə bənzəyir, baxmayaraq ki, indi hadisələr daha dinamik inkişaf edir.

"Küçə döyüşləri gedir. Bəzi yerlərdə Ukrayna ordusu əks-hücumlara keçir, əgər Ukrayna ən qısa zamanda ixtiyarına ağır silahlar alarsa, bu hücumları daha effektiv həyata keçirilə bilər", - Sak deyib.

O xatırladıb ki, Ukrayna cəbhədə 155 mm çaplı 150 haubitsa alıb və istifadə edir, lakin daha çox uzaqmənzilli artilleriya sistemləri tələb olunur.

"ABŞ Ukraynaya dörd HIMARS sistemi verəcəyini söylədi. Böyük Britaniya Ukraynanı MLRS sistemləri ilə təmin edəcəyini söylədi... İndi Ukraynaya əks-hücum edib torpaqlarımızı azad edə bilmək üçün bu sistemlərdən təxminən 100-ə ehtiyac var", - Sak deyib.

0.14243602752686