Etiraf, yoxsa "bizlik deyil" - Belarusdan Ukrayna açıqlaması

 

200-ə yaxın Belarus vətəndaşı Ukrayna batalyonları tərkibində Rusiyaya qarşı vuruşur.

Demokratikmusavat.comxəbər verir ki, bu barədə Belarus daxili işlər nazirinin müavini Gennadi Kazakeviç məlumat verib.

“Məlumatlara görə, Ukraynanın millətçi batalyonlarının sıralarında 200-ə yaxın Belarus vətəndaşı var. Onlar əsasən futbol ultrasəsi adlanan şəxslər və 2020-ci ilin etiraz aksiyalarının iştirakçılarıdır, onlar müxtəlif növ cinayətlər törədiblər. Bu yolla məhkəmə və istintaqdan qaça biliblər”, - nazir müavini deyib.

Kazakeviç əlavə edib ki, son bir il ərzində 30 yaşına çatmamış onlarla gənc Ukraynada döyüşməyə getmək istəsə də, bunun qarşısı alınıb.

Mürtəza
Demokratikmusavat.com

0.14028906822205