Rusiya ilə müharibə qışa qədər uzana bilər və bu halda münaqişənin dondurulması riski var. Bu gün pessimist variantlardan biri budur.
Demokratikmusavat.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Qışda hərbi əməliyyatların aktiv mərhələsi dayandırılarsa, Rusiya işğal olunmuş ərazilərdə daha çox qüvvə və vasitə toplaya bilər”, - Jdanov vurğulayıb.
Onun sözlərinə görə, müharibə 2023-cü ilə kimi davam edə bilər.