Finlandiya və İsveçi NATO-ya qəbul etmək üçün iyunun 28-30-da keçiriləcək Madrid sammiti son tarix deyil.
"Report" xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq Finlandiya Prezidenti Sauli Niinistö ilə Helsinkidə keçirdiyi mətbuat konfransında deyib.
"Türkiyə müəyyən narahatlıqlarını ifadə edib. Biz danışıqlar masasına oturmuşuq və bu narahatlıqları aradan qaldırmaq üçün Türkiyə, Finlandiya və İsveçlə əlaqə saxlayırıq. Türkiyə terrorla mübarizədə çox mühüm müttəfiq ölkədir”, - baş katib bildirib.
Finlandiya Prezidenti Sauli Niinistö öz növbəsində qeyd edib ki, Türkiyənin ölkəsinin NATO-ya daxil olmasına etirazları onun üçün gözlənilməz olub.
"Türkiyənin mövqeyi məni təəccübləndirdi, lakin biz onun narahat etdiyi mövzuları ciddiyə almalıyıq", - Finlandiya lideri vurğulayıb.