Pandemiyadan ən çox zərər çəkən ölkələr məlum olub

 

Dünyada koronavirus pandemiyasından ən çox zərər çəkən ölkələr məlum olub.

2019-cu ilin sonlarında sürətlə yaylmağa başlayan və 2020-ci ilin martında pandemiya səvissəyində elan edilən koronavirus bu illər yoluxma sayı ilə bağlı ən çox ABŞ-a (87 258 735), Hindistana (43 219 491 yoluxma), Braziliyaya (31 445 137), Fransaya (29 770 522), Almaniyaya (26 847 424), Böyük Britaniyaya (22 382 352), Rusiyaya (18 373 184), Cənubi Koreyaya (18 218 078), İtaliyaya (17 634 065), Türkiyəyə (15 072 747), İspaniyaya (12 478 994), Vyentama (10 729 681) ziyan vurub.

Dünyada koronavirusla mübarizəyə ən çox vəsait ayıran ölkələr arasında ABŞ, Braziliya, Hindistan, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya ilk yerləri tutur.

Pandemiya dövründə insan itkisi baxımından da ən böyük ziyan ABŞ-a (1 035 713 ölüm), Braziliyaya (668 074), Hindistana (524 757), Rusiyaya (379 955), Meksikaya (325 144), Peruya (213 308), Böyük Britaniyaya (179 217), İndoneziyaya (156 641 ölüm), Fransaya (148 749 ölüm), İrana (141 349), Almaniyaya (140 180), İspaniyaya (107 108 ölüm) və digər ölkələrə dəyib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0.16486287117004