Türkiyədə Jandarma Xüsusi Hərəkat və Jandarma komando birləşmələri tərəfindən havadan dəstəklənən Eren Abluka-2 əməliyyatı çərçivəsində Hakkarinin Kavaklı çölündə 4 PKK terrorçusu zərərsizləşdirilib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən məlumat yayıb.
Daxili işlər naziri Süleyman Soylu da sosial media hesabında kəşfiyyat, PUA və kəşfiyyat/müşahidə ilə yerləri müəyyən edilən terrorçuların havadan dəstəkli əməliyyatla zərərsizləşdirildiyini paylaşıb.