Əfqanıstanın paytaxtında partlayış olub

 

Əfqanıstanın paytaxtı Kabilin rayonlarından birində partlayış baş verib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "TOLO News" telekanalı məlumat yayıb.

Kabil polisinin məlumatına görə, hadisə nəticəsində ölən və yaralananlar var. Onların dəqiq sayı hələlik məlum deyil.

Polis avtomobildə quraşdırılmış partlayıcının işə düşdüyünü bildirib.

0.14923000335693