Kanada və Danimarka 50 illik mübahisə başa çatır: Adanı böləcəklər

 

Kanada və Danimarka Kennedi boğazında yerləşən Hans adası ilə bağlı 1973-cü ildən bəri davam edən mübahisəni həll edib.

Demokratikmusavat.com xəbər verir ki, ərazi mübahisəsi adanın Kanadanın Nunavut rayonu və Danimarkanın tərkibində muxtar vahid olan Qrenlandiya arasında bölünməsi yolu ilə həll olunacaq. Adının çəkilməsini istəməyən mənbənin məlumatına görə, ölkələr bu qərarı iyunun 14-də elan edəcəklər.

Ərazisi 1,3 kvadratkilometr olan Hans adası ilə bağlı ərazi mübahisəsi 1973-cü ildə Danimarka və Kanada arasında dəniz sərhədlərinin müəyyən olunmasına dair danışıqlar zamanı ortaya çıxmışdı.

0.19403409957886