Zelenski onları da döyüşlərə cəlb edir

 

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin ərazi müdafiə bölmələrinin döyüş əməliyyatlarına cəlb edilməsinə icazə verən qanunu imzalayıb.

Demokratikmusavat.com xəbər verir ki, qanun qüvvəyə mindikdən sonra müdafiə bölmələri bütün ölkə ərazisində, o cümlədən döyüş bölgələrində tapşırıqları yerinə yetirə biləcək.

Belə tapşırıqların yerinə yetirilməsi ilə bağlı qərarı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı verir. Qeyd edək ki, müdafiə bölmələri döyüşçüləri, adətən müvafiq ərazi icmasının ərazisində tapşırıqları yerinə yetirirlər.

Zelenski sözügedən qanunu iyunun 10-da imzalayıb. Qanun 2022-ci il mayın 3-də Ali Radada səsə qoyulub.

May ayına olan məlumata görə, Ukraynada 110 minə yaxın ərazi müdafiəsi döyüşçüsü var.

0.15429615974426