13 ildən artıq Ukrayna Müsəlmanları Ruhani İdarəsinin rəhbəri olan Səid İsmayılov vəzifəsindən istefa verərək cəbhəyə yollanıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, Səid İsmayılov 2014-cü ildə Rusiya Donteski işğal edəndə ailəsi ilə birlikdə oranı tərk etmək məcburiyyətində qalıb.
Səid İsmayılov öz Facebook səhifəsində bu barədə deyib:
“Ukrayna Müsəlmanları Ruhani İdarəsində müfti kimi fəaliyyətimi dayandırıb ölkənin müdadfiəsinə yollandım. Əslində, bu fikir 24 fevralda baş verdi. Mart ayında razılıq əldə olundu ki, mən müftinin səlahiyyətlərini təhvil verəcəyəm və özümü Ukraynanın qorunmasına və yaralılarımızın xilasına həsr edəcəyəm”.
O əlavə edib ki, yazda müftilik vəzifəsini tərk edib özümü elmi və ictimai fəaliyyətə həsr edəcəyim planlaşdırılırdım, lakin kafirlər hər bir ukraynalının həyatına öz düzəlişlərini etmək zorunda qoydular.
Səid İsmayılov hazırda tibb işçiləri ilə birlikdə döyüş bölgəsində yaralıları qorxmadan xilas edir.
Mürtəza
Demokratikmusavat.com