Yapon nazir: Ukraynada baş verən işğal hadisəsi Asiyada da təkrarlana bilər

 

Beynəlxalq ictimaiyyətin Ukraynada baş verən hadisələrə bənzər hadisələrin Asiyada da  təkrarlanması narahatçılığı var.

 “Demokratikmusavat.com ” xəbər verir ki, bunu şənbə günü Yaponiyanın müdafiə naziri Nobuo Kişi Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələlərinə dair Şanqri-La Dialoq konfransında deyib.
“Ukraynada baş verənlərə bənzər işğalın Hind-Sakit okean regionunda baş verə biləcəyi ilə bağlı narahatlıq beynəlxalq səviyyədə paylaşılır”- yaponiyalı nazir qeyd edib.

Ölkəsinin beynəlxalq asayişin qorunmasında ön sıralarda olduğunu vurğulayan nazir deyib ki, Yaponiya hökumətinin yaxın gələcəkdə ölkənin müdafiə qabiliyyətini böyük ölçüdə təkmilləşdirməyi planlaşdırır. “Biz dəhşətli faktın tam fərqindəyik ki, hazırda yer üzündə hərbi gücün köməyi ilə status-kvonu birtərəfli qaydada dəyişməyə çalışan, eyni zamanda nüvə silahından istifadə etməklə hədələyən bir dövlət var” – yaponiyalı nazir vurğulayıb. 

O həmçinin Rusiyanın Ukraynaya qarşı işğalını pisləyib. Yaponiyalı nazir əmin olduğunu bildirib ki, beynəlxalq ictimaiyyət bu cür halların təkrarlanmaması üçün digər dövlətlərin hücumuna məruz qalmış ölkələrə kömək etməlidir.

Mürtəza
Ölkə.A

0.16383600234985