Ukraynalı məşhur hərbi jurnalist döyüşdə həlak oldu

 

Ukraynada tanınmış hərbi jurnalist Aleksey Çubaşev rusiyalılarla döyüşdə həlak olub.

Demokratikmusavat.com xəbər verir ki, onun ölüm xəbərini Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib.

“Təəssüf ki, hərbi jurnalist, zabit Aleksey Çubaşev müharibədə həlak oldu. O, “Recruit UA” proqramının müəllifi idi, həmçinin “Ordu” FM-in və Ukrayna Hərbi Televiziyasının keçmiş rəhbəri kimi tanınırdı. Qəhrəmanlar ölmür”, - deyə o yazıb.

0.14991307258606