Pekində yeni koronavirus ocağı aşkar olundu

 

Çinin paytaxtı Pekinin şimal-şərqindəki Çaoyan rayonunda yeni koronavirus ocağı aşkar edilib.

Demokratikmusavat.com ” TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Pekinin Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, yerli barların birində infeksiya ocağı aşkarlanıb, son sutka ərzində bu rayonda 61 nəfərdə COVID-19-a aşkarlanıb.

Nəticədə Çaoyan rayonunda epidemiya tələbləri yenidən sərtləşdirilib, bir çox əyləncə məkanları müvəqqəti bağlanıb. Bundan başqa, son günlər infeksiya mənbəyinin qeydə alındığı ərazidə olan insanlar isə karantinə alınacaq.

Qeyd edək ki, Çaoyan Pekinin ən prestijli rayonlarından biridir. Burada çoxlu sayda əcnəbi yaşayır.

0.15411496162415