“Prezidentimiz tapşırıq verdi, hazırlıqlar gedir. Mənbicdə, Tel Rıfatda... Allahın izni ilə Cümhuriyyətin 100-cü ilinə qədəm qoymadan, yəni 29 oktyabr 2023-cü ili yaşamadan, Qəndili də təmizləyəcəyik, o terror yuvalarının üstünə ay-ulduzlu bayraq sancmaq bizim borcumuzdur”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Soylu bəyan edib ki, 2014-cü ildən etibarən həyata keçirilən antiterror əməliyyatları nəticəsində terror hadisələri 95 faiz azaldılıb: “Əsas hədəfimiz terroru sıfıra endirməkdir”.
Mürtəza
Demokratikmusavat.com