30 il ərzində bir dəfə belə olsa təmir edilməyən Bala Kolatan tam orta məktəbinin binası qəzalı vəziyyətdədir.
Demokratikmusavat.com -ın məlumatına görə, altı sinif otağından ibarət təhsil ocağı 2020-ci ilə qədər ümumi orta məktəb kimi fəaliyyət göstərib. Sonradan kəndin imkanlı şəxslərindən birinin köməyi ilə məktəbə əlavə olaraq dörd otaq tikilib.
Nəticədə sözügedən təhsil müəsisəsi tam orta məktəbə çevrilib.