Kreml bu ölkəni də hədələdi: "Bədəlini ödəyəcək"

 

Serbiya Avropa İttifaqına (Aİ) üzv olub ABŞ-a tabe olacaqsa bədəlini ödəyəcək.

Demokratikmusavat.com ” xəbər  verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın Belqradın Avropa Birliyinə üzvlük niyyətinə, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiya səfərinin pozulması ilə bağlı mövqeyini öz şəxsi Telegram kanalında bölüşərkən deyib.

Mariya Zaxarova yazıb ki, AB-nin üzvü olan bütün dövlətlər ABŞ-nin iradəsinə tabe olmaqla, öz avropalılıq indentifikasiyasından məhrum olurlar.

"Coğrafi və siyasi xəritə götürün. ABŞ Dövlət Departamentinin niyə Avropa gündəmini şərh etdiyini və öz qitəsindən olmayan ölkələrə nə etməli və bunu necə etməli olduğunu dediyini anlamağa çalışın”, - Zaxarova qeyd edib.

Onun fikrincə, bütövlükdə Aİ Vaşinqtonsuz mövcud ola bilməz və əslində Avropa İttifaqı yalnız “NATO-nun iqtisadi şöbəsidir”.

Mürtəza
Demokratikmusavat.com

0.22751998901367