Türkiyədə dollar yenidən 17 lirəni ötdü

 

Türkiyədə 1 dolların məzənnəsi 17 lirəni keçib.

Demokratikmusavat.com xəbər verir ki, dolların qlobal səviyyədə möhkəmlənməsi ilə Türkiyə lirəsində ucuzlaşma müşahidə olunub. Belə ki, dünən 16,60-dan 16,78-ə qalxan USD/TRY nisbəti bu gün səhər 17,09 həddinə yüksəlib.

Beləliklə, dollar ötən ilin dekabrın 20-dən bəri ilk dəfə 17 lirəni keçib.

Bu gün səhər saatlarında 18,05 lirə olan avro isə bahalaşaraq 18,33 səviyyəsinə yüksəlib.

Könül
Demokratikmusavat.com

 

0.21216702461243