Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1008 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.
“Demokratikmusavat.com ”ın xəbərinə görə, bu, ötən rəsmi məzənnə ilə müqayisədə 1,4% azalma deməkdir. İyun ayının əvvəlindən lirə 2,8% dəyər itirib.
Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi ötən ilin dekabrın 20-də 0,1014 manat qeydə alınmışdı.
Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.
Qeyd edək ki, türk lirəsi dollar qarşısında da ucuzlaşıb və dolların məzənnəsi günə 16,86 lirə səviyyəsinə qədər yüksəlib. Avro isə 18,05 lirə olub.
Könül
Demokratikmusavat.com