Türkiyəni münaqişədən çəkindirən bizim hərbi imkanlarımızdır.
Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bunu Yunanıstanın müdafiə naziri Nikos Panaqiotopulos ölkə mətbuatına açıqlamasında deyib.
“Çünki onlar ödəyəcəkləri ağır bədəli bilirlər. Yunanıstan Silahlı Qüvvələri hər zaman döyüş hazırlığındadır”, - nazir bildirib.