Əgər Rusiya ordusu 2023-cü ilə qədər Ukraynadan çıxmasa, o zaman bizi "Titanik”in batması" şousu gözləyir.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu ukraynalı siyasi bloger, “site.ua”nın qurucusu Roman Şrayk deyib.
“Ruslar iqtisadi böhranı yayda hiss edəcəklər. Payızda isə bunu daha güclü formada hiss edəcəklər. Qışda isə anlayacaqlar ki, artıq … (söyüş söyür). Bu daha çox Avropa ittifaqının Rusiyaya tətbiq edəcəyi neft embarqosundan asılı olacaq”, - Şrayk qeyd edib.
Onun sözlərinə görə, artıq Aİ ölkələri Rusiyaya qarşı neft sanksiyaları tətbiq etmək barədə ümumi razılığa gəlib.
“Hətta indiyədək tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatını daxildən qırır, əmtəə zəncirlərini dağıdır, xammal və komponentlər çatışmazlığı səbəbindən müəssisələr fəaliyyətini dayandırır, işsizlik artırır. Rusla bunu yayda və payızda mütləq hiss etməlidirlər”, - o qeyd edib.
Şrayk əlavə edib ki, indi də Rusiya iqtisadiyyatının qarşısına bir divar çəkilib, əgər Rusiya ordusu 2023-cü ilə qədər Ukraynadan çıxmasa, o zaman divar onun üzərinə yıxılacaq:
“Əgər Putinin ağır xəstələnməsi və payızda təqaüdə çıxması ilə bağlı nəzəriyyə doğru çıxsa, düşünürəm ki, belə şəraitdə onun davamçıları daha münasib və razılığa meyilli olacaqlar.
Yox, əgər Putin israr etsə, çox güman ki, o Ukrayna ilə müharibə üçün resursları yandırmağa davam edəcək və onda bizi 2023-cü ildə canlı yayımda “Titanik”in batması” verilişi gözləyir.
Bu, əlbəttə ki, müharibə uzanan bir mərhələyə keçərsə, heç bir tərəf digərini sıxışdıra bilməz. İnanırıq ki, Ukrayna ordusu əks hücuma keçə biləcək”.
Mürtəza
Demokratikmusavat.com