Bakıda kraliça II Yelizavetanın hakimiyyətinin 70-ci ildönümü qeyd olunur - FOTO

 

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi kraliça II Yelizavetanın hakimiyyətinin platin ildönümünü qeyd edir - o, 70 il hakimiyyətdə olmuş ilk Britaniya monarxı olub.

Demokratikmusavat.com “Report”a istinadən xəbər verir ki, tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp çıxış edib.

“Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün platin yubileyi ilə üst-üstə düşməsi xüsusilə simvolik xarakter daşıyır”, - səfir bu hadisənin ölkələr arasında münasibətlərdə əhəmiyyətini qeyd edib.

O, yubiley münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin Kraliça II Yelizavetaya hədiyyə etdiyi Qarabağ atını da xatırladıb.

Onun sözlərinə görə, bayramda Britaniyanın müxtəlif ənənəvi mahnıları, simvolları və yeməkləri nümayiş etdiriləcək.

0.16097807884216