“Böyük Britaniya Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınması prosesini dəstəkləyir”.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərə deyib.
“Nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası münasibətlərin qurulmasında müsbət tendensiyadır. Böyük Britaniya bu prosesi yüksək qiymətləndirir və dəstəkləyir”, - səfir bildirib.