Türkiyə soyuq müharibə dövründə və ondan sonra Yaxın Şərq, Qafqaz və Qara dəniz regionlarında sabitləşdirici və müsbət aktor olub.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada nəşr olunan “The Economist” jurnalı üçün yazdığı məqalədə qeyd edib.
“Ukraynadakı müharibə qaydalara əsaslanan beynəlxalq nizam, böyük güc rəqabəti və Avro-Atlantik təhlükəsizliyi ilə bağlı inanclara meydan oxudu. Yaşanan proses həm də tarixin ən böyük hərbi ittifaqı olan NATO-nu yenidən ayağa qaldırdı”, - Ərdoğan qeyd edib.
Ərdoğan əlavə edib ki, Türkiyə 70 ildir NATO-nun qürurlu və əvəzolunmaz üzvüdür: “Ölkəmiz azadlığı və demokratiyanı müdafiə etmək üçün Koreyaya qoşun yeritdikdən sonra 1952-ci ildə alyansa daxil olub. Türkiyə soyuq müharibə dövründə və ondan sonra Yaxın Şərq, Qafqaz və Qara dəniz regionlarında sabitləşdirici və müsbət aktor olub. Türkiyə ordusu da NATO missiyaları çərçivəsində Kosovodan Əfqanıstana kimi dünyanın bir çox bölgəsində əməliyyatlarda iştirak edib.
Ölkəmiz eyni zamanda müdafiə sənayesinə milyardlarla dollar sərmayə qoyaraq müdafiə qabiliyyətini gücləndirib. Bu əlavə potensial sayəsində təqdim edilən məhsullar Ukrayna da daxil olmaqla müxtəlif döyüş bölgələrində əhəmiyyətli təsirlərə malik olub”.
Mürtəza
Demokratikmusavat.com