Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Pakistanın xarici işlər naziri Bhutto Zərdari ilə görüşüb.
“Demokratikmusavat.com " xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında yazıb.
“Pakistanın xarici işlər naziri qardaşım Bhutto Zərdari Ankarada qonaq etdik.
Baş nazir Şahbaz Şərifin sabahkı səfərinə hazırlıq işlərini nəzərdən keçirdik.
Diplomatik münasibətlərimizin 75-ci ildönümündə dost və qardaş Pakistanla əməkdaşlığımızı inkişaf etdirəcəyik”, - Çavuşoğlu yazıb.