Rusiya prezidentliyinə ƏN CİDDİ NAMİZƏD: "Bu, onun iradəsindən asılıdır"

 

Demokratikmusavat.com xəbər verir ki, bunu Putinin keçmiş dostu Sergey Puqaçov ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.

"Əlbəttə var (red: Putini əvəz edə biləcək bir adam). Sadəcə olaraq, ətrafda, məncə, aşağı başlanğıcda olan çoxlu insanlar var. Amma belə xüsusilə parlaq biri var. Mən görürəm ki, Patruşev bu gün çox fəaldır. Qəzetlərdə məqalələr yazır və sairə...", - Puqaçov qeyd edib.

Onun sözlərinə görə, əvvəllər kimin prezident kürsüsünə keçəcəyi Putinin özünün iradəsindən asılı idi və ona görə də Medvedev meydana çıxdı (red: Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, 2008-ci ilin mayından 2012-ci ilin may ayına kimi Rusiya prezidenti olub). Bu gün isə iddialı şəxsin iradəsindən asılıdır.

“Və əslində ən ciddi iddiaçı güc blokuna nəzarət edən şəxs, əlbəttə ki, Patruşevdir", - deyə keçmiş bankir əlavə edib.

Bundan öncə Rusiya KİV-i yazırdı ki, Rusiya elitaları arasında Rusiya ilə Ukrayna arasında gedən müharibəyə görə şəxsən Vladimir Putindən narazı olanlar çoxdur və prezidentin xələfi ola biləcək fiqurlar Kremldə gizli müzakirə olunur.(Publika.az)

0.30337190628052