Meymunçiçəyi pandemiyaya çevriləcəkmi? - ÜST açıqladı

 

İki ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya indi meymunçiçəyi virusu ilə bağlı təşviş içərisindədir. 

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, virusa ABŞ və İngiltərə də daxil olmaqla bir çox ölkədə rast gəlinib.

Belə bir zamanda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Meymunçiçəyi pandemiyaya çevriləcəkmi?" sualına cavab verib.

ÜST-nin bu virus üzrə ekspertlərindən biri Dr. Rozamund Levis, bu virusun yeni bir epidemiyaya çevriləcəyini proqnozlaşdırmadığını açıqlayıb.

O, virus daşıyan xəstələrin hamısının dərisində iri qabarcıqların olmadığını qeyd edib.

Qeyd edək ki, meymunçiçəyi virusun ən çox görülən simptomları arasında qızdırma, titrəmə, əzələ ağrısı və yorğunluq var.

1980-ci ildə qlobal peyvənd fəaliyyətindən sonra yer üzündən silinən çiçək virusu ilə meymun xəstəliyi arasında genetik oxşarlıq var. Buna görə də, çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanlar meymun xəstəliyinə qarşı bir qədər qoruna bilər.
Meymun çiçəyi virusuna qarşı peyvənd olmadığı üçün ölkələrin çiçək virusuna qarşı hazırlanmış peyvəndlərdən istifadə edəcəyi gözlənilir.

Billurə

 

0.13330101966858