Paralel.az " xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.İsrail Dövlətinin Prezident ..."> Paralel.az " xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.İsrail Dövlətinin Prezident ...">

İsrail Prezidenti İlham Əliyevə zəng edib

 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İsrail Dövlətinin Prezidenti qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Dövlətinin Prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

0.19134402275085