Blinken Ermənistan və Azərbaycana çağırış edib

 

ABŞ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası komissiyalarının ilk birgə iclasının keçirilməsini alqışlayır.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken özünün tviter səhifəsində yazıb.

O eyni zamanda qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir və bu istiqamətdə işi davam etdirməyə çağırır. Dövlət katibi Blinken regionda sülh naminə Ermənistan-Azərbaycan dialoqunun davam etdirilməsinə çağırıb.

Mürtəza
Demokratikmusavat.com

0.14779210090637