Aİ-Azərbaycan münasibətlərinin yeni mərhələsi 

 

Cənubi Qafqazda dayanıqlı sülh Avropanın da  təhlükəsizliyinə öz töhfəsini verəcək.

“Avropa-Azərbaycan münasibətləri artıq tamamilə yeni bir mərhələyə qədəm qoyub.  Münasibətlərin  əvvəlki illərlə müqayisədə tamamilə fərqli  və daha sıx formada inkişafına səbəb  Azərbaycanın 44 günülük müharibədən sonra  Cənubi Qafqaz  bölgəsində yaratdığı yeni geosiyasi reallıqdır.  Çünki Azərbaycanın yaratdığı yeni geosiyasi  reallığın əsas məqsədi  Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevrilməsidir.  Hansı ki, bu həm region ölkələrinin, həm də bölgədə marağı olan  digər  ölkələrin, güclərin marağına xidmət edir. Ona görə də  Azərbaycanın yaratdığı reallıq  artıq dünya tərəfoindən qəbul edilir və onun şərtlərinə uyğun olaraq  ölkəmizlə əməkdaşlıq münasibətləri qurulur”.

 Bunu “Demokratikmusavat.com ”a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  deyib.

 Komitə sədrinin sözlərinə görə, məhz bunun nəticəsidir ki, Qərbin timsalında Avropa İttifaqı  Cənubi Qafqazda  dayanıqlı sülhün və sabitliyin yaranması üçün Azərbaycanla daha sıx əməkdaşlıq edərək, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə öz töhfəsini verməyə çalışır. “Münaqişənin tənzimlənməsi, sülh sazişinin əldə edilməsi istiqamətində Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüşü keçirilib. Bu danışıqlar prosesi “Brüssel formatı” adını alıb.  “Brüssel formatı”ında keçirilən görüşlər  bölgədə  dayanıqlı sabitliyin əldə edilməsi və sülhün yaranmasına böyük ümidlər yaradır. Əminəm ki,  belə də olacaq.  Azərbaycan və Ermənistan liderlərinin sonuncu mayın 22-də  keçirilən görüşün yekunları bunu deməyə əminlik yaradır”- komitə sədri əlavə edib.

Komitə sədri əlavə edib ki,  Aİ Cənubi Qafqazda  sülhün əldə olunması  məqsədi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması  istiqamətində təkcə dəstək vermir, bu istiqamətdə tərəfləri  real sülhə nail olunması üçün  konkret addımlar atır: “Ermənistan  tərəfi danışıqlar prosesindən manipulyasiya edib, vaxt qazanmağa çalışdığını təkcə Azərbaycan deyil, Qərb də görür və bu, heç də  Brüsselin xoşuna gəlmir. Çünki Qərb mövcud qlobal geosiyasi vəziyyətdə Cənubi Qafqazda  tez bir zamanda sülhün əldə olunmasında maraqlıdır.

O baxımdan Qərb artıq İrəvana sərt formada olmasa da, dolayı yolla təzyiqlər edərək Azərbaycanın irəli sürdüyü şərtlər daxilində  sülh sazişi imzalamağa vadar edir. Biz bunun bariz nümunəsini  sonuncu görüşdə gördük.  İrəvan  sonuncu Brüssel görüşündən dərhal sonra sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın yaradıb, sərhəddə  ilk görüşün keçirdi.    Komissiyanın iclaslarının bundan sonra mütəmadi və davamlı keçirilməsi barədə razılıq əldə olunub. Komissiyanın ilk iclaısnın keçirilməsi  Aİ və ABŞ tərəfindən yüksək qiymətləndirilib.  Hətta ABŞ Dövlət katibi Ermənistan baş naziri Paşinyanla telefon əlaqəsi yaradaraq bölgədə dayanıqlı sülhün əldə olunması üçün daha cəsarətli addımlar atmağa, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağa çağırıb. Ağ Ev bu məsələdə İrəvana  hərtərəfli dəsətk verəcəyini bəyan edib. Bu isə  dediklərimiz sübut edir ki, bölgədə sülhün əldə edilməsi artıq Qərbin ciddi maraq dairəsindədir və hər vəchlə tez bir zamanda sülhə nail olunmasına çalışırlar.  

“Brüssel formatı”nın digər mühüm cəhəti isə artıq masada  “Qarabağın etnik erməni əhalisi” ifadəsinin işlədilməsi və etnik ermənilərin hüquqlarının, təhlükəsizliyinin Azərbaycan qanunvericili çərçivəsində həllinə nail olunmasıdır.

 Növbəti bir müsbət məqam Aİ-nin   tərəflər arasında qarşılıqlı etimadın yaranması, sosial-iqtisadi  vəziyyətin yaxşılaşması üçün dəstəyin ifadə edilməsidir.  Bu məqsədlə  Aİ İqtisadi Məşvərət Qrupunun işini aktivləşdirməyi planlaşdırır.

Görüşdə əldə edilən ən ciddi məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlı razılaşmadır.  Bunu cənab prezident İlham Əliyev də yüksək dəyərləndirib və məsələni qardaş Türkiyənin prezidenti Ərdoğanla telefon danışığında müzakirə edib”.

 Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunan komitə sədri deyib ki, Zəngəzur dəhlizi  təkcə bölgə üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik bir layihədir: “Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə bölgədə  sıx regional əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Cənubi Qafqaz başda Azərbaycan olmaqla Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin bir qovşağına çevrilmiş olacaq ki, bundan hamı faydalanacaq. Çünki burada söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türk dövlətlərini strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Əgər bura digər  region əlkələrini əlavə etsək, o zaman  Zəngəzur dəhlizinin əhəmiyyəti barədə mənzərə tam aydın olar. Odur ki, Zəngəzur dəhlizinə biz həm də bölgənin dayanıqlı sülhün, sabitliyin, inkişafın, sıx inteqrasiya və əmkdaşlığın təminatçısı kimi yanaşmalıyıq. Hansı ki, bu Ermənistan dövlətçiylinin və erməni xalqının maraqlarına xidmət edir. Qərb bunu gördüyü üçün Azərbaycanın yaratdığı reallığın gerçəkləşməsi üçün  sıx əməkdaşlığa üstünlük verməkdədir. Azərbaycanın Ermənistanla təklif etdiyi sülh təklifini dəstəkləyir. Çünki Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur.

Digər tərəfdən Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olduğundan ikitərəfli  əməkdaşlq uğurla inkişaf edir. Bu əməkdaşlıq əsasən enerji, nəqliyyat təhlükəsizliyi, ticarət  sahəsindədir. 

Mövcud qlobal geosiyasi reallıq isə Aİ-ni Azərbaycanla daha sıx əməkdşalığa vadar edən qaz sektorudur. Bu gün  Avropa öz enrji təhlükəsizliyini daha etibarlı şəkildə təmin etmək üçün Xəzər hövzəsindəki qaz  ehtiyatlarına böyük ehtiyac duyur və daha böyük həcmdə qazı öz bazarına idxal etmək niyyətindər. Təbii ki, Azərbaycan da  indiyədək Avropanın enrji təhlükəsizliiynə oynadığı əhəmiyyətli rolu bundan sonra da davam etdirmək istəyir və ona görə də  bu istiqamətdə əməkdşalığa hazırdır. Azərbaycan Aİ ilə təkcə enerji sahəsində deyil iqtisadiyyatın digər sahələrində də əməkdşalıqda maraqlıdır. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi yürüdülən iqtisadi siyasətin əsas prioritetini təşkil edir. Hesab edirəm ki, Aİ ilə Azərbaycan bu sahədə daha sıx əməkdaşlıq etmək üçün böyük imkanlar mövcuddur. Son illərdə dünyada baş verən iqtisadi-maliyyət böhranları, pandemiya və münaqişələr fonunda  Azərbaycan iqtisadiyyatında dinamik inkişaf qeydə alınmaqdadır. Bunun üçün cari ilin dörd ayının nəticələrinə diqqət yetrimək  kifayətdir. Belə ki, 2022-ci ilin 4 ayın yekunlaırna görə, ölkə  iqtisadiyyatı 7,2 faiz artıb. Qeyri-neft sektorunda isə artım 11,4 faizdir. İxrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. 

Bundan əlavə olaraq əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir.

Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur-dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları mövcuddur. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Artıq Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bir sözlə desək əməkdaşlıq üçün çox böyük imkanlar və münbit şərait mövcuddur. 

Hesab edirəm ki, Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsi tez bir zamanda həllini taparsa,  o zaman daha sıx  əməkdaşlıq üçün  daha geniş imkanlar açılacaq.  Bundan bütün tərəflər faydalanacaq. Ona görə də ilk növbədə Aİ, ABŞ və digər maraqlı güclər Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəltməli, İrəvanı destruktiv mövqedən çəkindirib, sülhə vadar etməlidirlər. Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin yaranması Avropanın təhlükəsizliyinə öz töhfəsini verəcək”.

Mürtəza
Demokratikmusavat.com

0.17264485359192