“Rusiya ya qalib gələcək, ya da bəşəriyyət uduzacaq” - Simonyan yenə öz ampluasında

 

“Ya biz qalib gələcəyik, ya da bütün bəşəriyyət uduzacaq”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Sputnik və Russia Today-in (RT) baş redaktoru Marqarita Simonyan “Rossiya-1”də yayımlanan proqramda deyib.

Ukraynadakı müharibənin yekunu ilə bağlı mövqeyini açıqlayan Simonyanın sözlərinə görə, qalib gəlməsələr, bəşəriyyət üçün pis olacaq.

“Onların hamısı bizim uduzacağımıza, Qərbin isə qalib gələcəyinə inanır. Onlar başa düşmürlər ki, bu, mümkün deyil. Bu, qətiyyən mümkün deyil, heç vaxt olmayacaq”, - Simonyan qeyd edib.

Simonyan həmçinin iddia edib ki, Rusiya münaqişədə öz yolunu tapa bilməsə, nüvə mübadiləsinə gedəcək və bütün bəşəriyyət məhv ola bilər.

“Rusiya ya Ukraynaya qalib gələcək, ya da işlər bütün bəşəriyyət üçün pis sonluqla bitəcək”, - o qeyd edib.  

Mürtəza 
Demokratikmusavat.com

0.18647480010986