Bu rayonlarda araşdırmalar davam etdirilir - Faktlar prokurorluğa göndərildi

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran rayon xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunduğundan toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.


Baş Prokurorluğun Mətbuat xidmətindən mətbuata verilən məlumata görə, həmin materiallar ərazi aidiyyəti üzrə müvafiq rayon Prokurorluqlarına göndərilib.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

0.2104811668396