Valerian - Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var

 

Demokratik Musavat valerianın faydasından çox zərəri ola biləcəyini təqdim edir

- Çox yaşlı adamlara olmaz – çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər

- Yüksək təzyiq xəstələri – müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyanıq olur və yuxusuzluq baş verir

- Qaraciyər xəstəliyi olanlar , böyrək xəstəlikləri, enterokolit, nefrit xəstəliklərində olmaz. Yaşlı və xəstə insanları hətta komaya sala bilər.

- Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır

- Allergiyası olanlara

- Hamilə qadınlara

Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.(medicina.az)

Şahnaz Salehqızı

 
0.15784001350403