Koronavirusa qarşı peyvəndlərin insan səhhətində yarada biləcəyi ağırlaşmalar 8 həftəyədək olan müddətdə ortaya çıxır. Bunu ARB 24-ün "Gündəm" verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib. O bildirib ki, peyvənd vurulan şəxslərdə 8 həftədən sonra hansısa ağırlaşma halları ola bilməz: "Bütün peyvəndlərdə vurulduğu gündən etibarən 8 həftə ərzində ağırlaşma ola bilər. Peyvənd səbəbindən yarana biləcək ağırlaşmalar 8 həftəyədək olan müddətdə ortaya çıxır. Bəziləri deyir ki, peyvənd vurulandan sonra qolunda ağrılar, qızdırma, halsızlıq və s. hallar oldu. Amma 3 gündən sonra bu ağrılar yoxa çıxır. Əgər peyvənddən sonra 8 həftə ərzində hansısa ağırlaşmalar baş verməsə, deməli peyvənd tam etibarlı peyvənddir".