“Nizami ili”nin “Elm günü” və elmimizin günü ilə bağlı düşüncələr...
Qədim irs və qaynaqları olan elmimizin tarixini SSRİ-nin yaratdığı Elmlər Akademiyalarının tarixinə, üstəlik də qeyri-dəqiq 27 mart gününə pərçimləməyə axı nə kimi “tarixi-elmi” ehtiyac var idi?
AMEA – Elmin inkişafında xalqın elmi potensialının aşkara çıxaran fundamental qüvvə – elmə maraq yaradan sosial mühitin yaradılması yönündə demək olar ki, yadda qalan hər hansı bir addım atmayıb
“Hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır”.
Haşiyə: Elmimizlə bağlı bu yazı kimlərisə ittiham etmək deyil. Yalnız tənqid və ittiham bizi elmdə daha neçə on illər geri ata bilər. Yazı hazırda XXI əsrdə inkişafın mühərriki, milli varlığın qurtuluş amili olan bir sahədəki vəziyyətlə bağlı düşündürmək cəhdi, Azərbaycan elmində necə dönüş yaratmalı? – sualına cavab axtarışıdır. Elmimizin vəziyyəti ilə narahat olan hər kəsin və bir xalq olaraq hamımızın elmi səfərbərlik üçün fikir mübadiləsinə dəvətdir..
Dövlət başçısının “Nizami ili”ni elan etdiyi cari 2021-ci ildə dünya elmi Ayı arxada qoyub, ulu şairin əsərlərində yazdığı Mərrixə – Marsa qalxdı.
Hər il martın 27-si Azərbaycanda “Elm günü”, bu sahədə çalışan alim və tədqiqatçıların peşə bayramı günü qeyd edilir. Üç il əvvəl, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev “cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi” haqqında Sərəncam imzalayıb.
Peşə bayramları əlamətdar-tarixi günlər kimi müvafiq sahələrə cəmiyyətin diqqətini daha çox cəlb etmək, burada xidməti ilə fərqlənən peşə sahiblərinə dəyər vermək, tanıtmaq, bununla insanların təşəbbüskarlıq və fəallığını da motivasiya etmək, reallıqla bağlı nəticələrə nəzər salmaq, perspektivləri müəyyənləşdirmək üçün ən yaxşı fürsət hesab edilir.
Pandemiyaya baxmayaraq, dünyada ölkələrin elm günü ilə bağlı tədbirlər bir tərəfdən ənənəvi formalarda azalıbsa, digər tərəfdən yeni, kreativ formalarda qeyd edilməsi daha da çoxalıb, asanlaşıb.
Elm günlərinə həftələr qalmış, onun çeşidli formalarda online (Zoom), həm də off-line qeyd edilməsinə başlanılır, sonralar da davam etdirilir. Karantin dövrü fərqli məzmunda tədbirlər, proqramlar: virtual açıq qapılar, ekskursiyalar, mühazirələr və s.kreativ təqdimatları, elm turları, müsabiqələr, elmi muzeylərə səyahətlər və s. reallaşdırmağa inmkan verir. Məs. 2021-ci ildə, Rusiya EA Sibir Bölməsinin 8 fevral Elm günü ilə bağlı 100-dən çox rəngarəng tədbirlər proqramına buradan baxmaq olar.(http://www.sib-science.info/ru/news/programma-meropriyatiy-03022021 ).
Azərbaycanda bu il 27 mart Elm günü “şənbəyə düşdüyü” üçünmü, ya bəlli olmayan səbəblərdən demək olar ki, hiss edilmədi. Mediada yalnız Bakıdakı “Rus evi”nin 20 mart tarixində elm günü ilə bağlı off-line dəyirmi masa təşkil etməsi haqda AzərTac-da məlumat getdi.( Состоялся круглый стол, посвященный дню науки Азербайджана – АЗЕРТАДЖ – Азербайджанское государственное информационное агентство (azertag.az)
İzlədiyimiz üçün deyə bilərik ki, ölkədə ali dövlət elm orqanı statusu daşıyan AMEA-nın saytında Elm günü ilə bağlı məlumat yalnız martın 27-də günorta saat 13-dən sonra(!) yerləşdirildi. Ötən il bu günlə bağlı aidiyyətli sahənin rəsmisi, AMEA prezidenti məqalə ilə çıxış etmişdisə, bu il o da olmadı. Bir neçə AMEA institutunda “qəfil” Elm gününə aid olduğu deyilən 5-10 nəfərin iştirak etdiyi Zoom tədbirlər haqda məlumatlar oldu. Ölkə KİV-lərində Elm günü ilə bağlı tam susqunluq hökm sürdü.
Başqa ölkələrdə “Elm günləri” necə qeyd edilir?
Əksər ölkələrin də, ümumdünya elminin də ayrıca günləri var.
2002-ci ildən başlayaraq, UNESCO-nun qərarı ilə hər il noyabrın 10-u Ümumdünya Elm Günü qlobal miqyasda elmin faydaları barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə qeyd olunur.
Ölkəmizdə üç il əvvəl təsis olunan cəmi bir elm günü-bayramı ilə müqayisədə, dünya ölkələrində çoxsaylı elm günləri, həftələri, ayları, illəri və s. kimi elm bayramları keçirilir. “Elm ili” adlanan tədbirlər nisbətən yenidir. Məs, Rusiyada cari 2021-ci il həm də “Elm ili” dir.
ABŞ Elm və texnologiya ilə bağlı ən çox bayramların keçirildiyi ölkədir. Burada peşə bayramları təxminən 5 milyona yaxın elmi dərəcəsi olan insanın, 10.000 işçidən 100-ə yaxının elm sahəsində çalışanların bayramı kimi deyil, miqyaslı xalq bayramları kimi qeyd edilir.
Elm günləri, bayramlarının federal dövlət səviyyəsində qeyd edilməsi bir tərəfə qalsın, nəinki hər bir ştatın, hətta hər bir rayonun özünün elm günü, həftələri, festivalları, ixtiraçılar, uşaq kəşfləri və s. günləri var. ABŞ-da hətta bizim diqqətimizi cəlb edən, möhtəşəm sayılacaq elm bayramlarından biri – hər il keçirilən “Ailə Elmi Günü”( Family Science Days) bayramı da “Amerikada Elmin İnkişafı üzrə Assosiasiya” tərəfindən (AAAS;American Assosiation of Advancement for Science-) hər il günlərlə davam edir. Həmçinin, ABŞ-da hər il “Milli Elm və Texnologiya həftəsi”, hər ilin aprelində “ABŞ Elm və Mühəndislik Həftəsi”, bütün universitetlərin məsələn, 30 günlük “Kembric Elm Festivalı” keçirilir.
Daha bir elm bayramı – “ABŞ Milli Elmi Fantastika Günü” – 2 yanvarda məşhur fantast yazıçı Ayzek Əzimovun doğum günündə qeyd edilir. ABŞ-da hər həftənin 5-ci günü milyonlarla dinləyici auditoriyası olan “Science Friday”-“Elm Cüməsi” adlı radio fəaliyyət göstərir.
Çin Xalq Respublikası Dövlət Şurasının qərarı ilə 2017-ci ildən 30 May Çində “Elmi və Texniki İşçilərin Milli Günü “kimi qeyd olunur. Bu bayramı elm və texnologiya sahəsində çalışan 81 milyon Çin vətəndaşı qeyd edir.
İsraildə “Elm Günü”nün 14 Mart Albert Eynşteynin ad günündə qeyd edilməsi Netanyahu dövründən başlayıb. Ölkənin Elm Nazirliyi gəncləri elmi karyeraya cəlb etmək, cəmiyyəti elmi nailiyyətlərlə maarifləndirmək üçün elm günündən əvvəl başlayan və sonra da davam edən onlarla tədbirlər təşkil edir. Baş nazir elmi müəssisələrində olur, görüşlər keçirir. Hər il Elm günündə -Tel-Əviv Bələdiyyəsinin qarşısındakı İsxak Rabin Meydanı açıq havada İsrailin start-upları, müdafiə sənayesi və elmi müəssisələrinin nailiyyətlərini nümayiş etdirən nəhəng elm sərgisinə çevrilir. Bələdiyyə qarşısındakı meydanda israillilərin əsas qürur obyektlərindən, Azərbaycanda da yaxşı tanış olan raketdən müdafiə sistemi – Dəmir Günbəz raket əleyhinə müdafiə sistemi də sərgilənir. Hələ uzaq mənzilli raketləri dəf edən Hetz raketinin modeli də, qəza vəziyyətindən təcili xəbərdarlıq sistemi olan “Mobilay”, həmçinin Google Glass-la rəqabət aparan “Meta-view” eynəkləri elm gününü qeyd etmək üçün bu meydana gətirilir.
İsveçrənin 26 iyul Elm gününün təsis tarixi bəlkə də dünyada ən maraqlı sayıla bilər. 2006-cı ildə iyulun 26-da hindistanlı alim, dövlət xadimi, hind raket-nüvə proqramının “atası”, Hindistanın prezidenti, müsəlman mənşəli Əbdül Kəlam (2002-2007) İsveçrəyə səfər edib.
Onun səfər iki ölkə arasında 30 illik fasilədən sonra baş tutan ilk səfər olub. Səfərdən sonra İsveçrə 26 may tarixini Elm Günü elan edib.
1000 nəfərə düşən tədqiqatçı sayına görə dünyada 1-ci yer tutan Danimarkada ilin istənilən vaxtı Elm günü keçirilə bilər! Elm turlarının, elmi turizmin, məşhur alimlər haqda lektoriyaların təşkili, Nils Bor muzeyinə və s. səfərlər fasiləsizdir.
İngiltərədə, “Britaniya Elm Assosiasiyası”, 1994-cü ildən başlayaraq, hər il 10 gün martın 5-dən 14-ə kimi Elm bayramı qeyd edilir. Fransada Elm bayramı hər il oktyabrdan başlayıb noyabra qədər davam edir. Almaniyada elmlə bağlı peşə bayramına orijinal yanaşma formalaşıb. Hər il nəinki bu ölkədə, bütün dünyada “Almaniya Elm günləri” və “Almaniya Elm Həftələri” keçirilir.
Qardaş Türkiyədə “Elm və düşüncə Festivalları”nın (Bilim ve Fikir Festivali) keçirilməsi ənənəsi var.
Rusiyada Elm günü hər il fevralın 8-də (I Pyotrun akademiya yaratdığı gün) qeyd edilir. Cari 2021-ci il Rusiyada “Elm ili” elan edilib. Bunun çərçivəsində “Elmə sadiqliyə” görə adlanan yeni elmi mükafat təsis edilib.
Tədqiqatçılardan tutmuş, alimlərə, universitet rektorlarına, tələbələrə qədər hamının elmin populyarlaşdırılmasında daha da fəallığının stimullaşdırılması nəzərdə tutulur. Həmçinin “Ali məktəb müəllimi günü” də yenicə təsis edilib. Məqsəd elmi daha da təbliğ etməklə ona maraq oyatmaq, nüfuzunu qaldırmaqdır.
Pakistan Elmlər Akademiyası 29 yanvar tarixini “Milli Elm Günü ” kimi qeyd edir. Bayramın tarixi ölkədəki elmin inkişafındakı böyük töhfələr verən Nobel mükafatçısı Abdus Salamın doğum tarixi ilə bağlıdır. Hindistanda, Milli Elm Günü (National Science Day) hər il 28 Fevralda Nobelçi fiizik alim Ramanın (Raman effekti) şərəfinə qeyd olunur.
Göründüyü kimi, müxtəlif ölkələrdə elm günlərinin təsis edilməsi üçün tarixlərin seçilməsi ən çox dünyaca məşhur alimlərin doğum günləri ilə, tarixi şəxsiyyətlərin anım günləri ilə əlaqəlidir. Bəs 27 mart Elm günümüz bu təcrübələrdən hansına uyğun seçilib?
Bəri başdan deyə bilərik ki, elm gününün təsisi ilə bağlı çoxsaylı ölkələrin təcrübəsinə nəzər salınmayıb. Rusiyada olduğu kimi akademiyanın yaranma tarixinin əsas götürülməsinə cəhd edilib. Məhz burada da ciddi anlaşılmazlıqlar ortaya çıxıb. Belə ki, araşdırdıqda AMEA-nın yaranma günü ilə bağlı tarixlərin müxtəlif mənbələrdə müxtəlif olması məlum olur və 27 tarixini tapmaq müşkül məsələyə çevrilir.
AMEA-nın martın 27-də çap etdiyi mətbual məlumatında, həmçinin, qurumun 70 illiyi ilə bağlı “Azərbaycan Milli Elmlər Akademiyası: tarix və müasirlik” adlı məqaləsində qeyd edilir ki, “ölkəmizdə Elm Günü, eyni zamanda, AMEA-nın yaradıldığı günə təsadüf edir”.
Bununla yanaşı, AMEA-nın rəsmi internet saytı, Vikipediyanın ingilis və rusca bölmələri yazır ki, AMEA-nın yaranması, “SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filialın Azərbaycan EA-na çevrildiyi günə təsadüf edir. Sözügedən mənbədən başqa, 27 rəqəmi ilə bağlı nə Azərbaycan, nə rus, nə də ingilisdilli mənbələrdə heç nə yoxdur.
Yeri gəlmişkən, ötən il AMEA-nın prezidentinin, qurumun 75 illik yubileyi və “Elm günü” ilə bağlı yazdığı “Nailiyyətlər, islahatlar və inkişaf yollarında.(AMEA-nın 75 illiyinə qısa baxış)” adlı məqaləsində 27 mart tarixinə toxunulmur.
Sitat: “Elmlər Akademiyasının yaradılması və inkişafında idarəçilik qərarları haqqında. 1945-ci ildə SSRİ Xalq Komissarları Sovetinin (XKS) qərarına müvafiq olaraq Azərbaycan SSR XKS-nin qərarına əsasən SSRİ EA-nın Azərbaycan filialı və bir sıra başqa elmi-tədqiqat müəssisələri bazasında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı.”
AMEA-nın hazırkı 3 dilli saytı da daxil olmaqla, bütün mənbələrdə 23 yanvar, 1945-ci il yaranma tarixi kimi göstərilir ( By decree of the Council of the People’s Commissars of the USSR of January 23, 1945 the Azerbaijan Affiliate Branch was transformed into Azerbaijan Academy of Sciences.). Azərbaycan Milli Ensiklopediyasında da 27 rəqəmi yoxdur. “Azərbaycan Tarixi” çoxcildliyinin 7-ci cildində (1941-1922-ci illər. Bakı. 2008) AMEA-nın yaradılması 1945, 23 mart – Azərbaycan EA-nın təsis edilməsi göstərilib.(səh 376)
Beləliklə, paradoksal vəziyyət alınıb.
Əvvəla, 27 rəqəmini 3 il əvvəl AMEA nın yaranma tarixinə əsas kimi təqdim edənlər təsis günü üçün dünyada əsas olan rəngarəng səbəblərə nəzər salmaması ilginc vəziyyət yaradıb. Rusiya təcrübəsindəki EA-nın yaranma tarixi təqlid edilibsə də, heç olmasa, Azərbaycan EA-nın yaranması haqda SSRİ-nin 23 yanvar qərarı deyil, kimsə mənbələrdə axtarılıb tapılması müşkül olan 27 mart rəqəmini haradansa götürüb. Bəlkə, Elm günümüzün urvatsız keçməsinin səbəblərindən biri elə AMEA-nın yaranma günü ilə bağlı 10 mənbədə 10 cür yazılan rəqəmlərdir?
İkincisi, nəyə görə bu rəqəm Ümumilli Lider Heydər Əliyevin akademiyaya “Milli Elmlər Akademiyası” statusu verdiyi 15 may(2003), yaxud onun AMEA-ya müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu vermiş olduğu 4 yanvar(2001) tarix seçilməyib?
Yaxud dünyaca məşhur Y.Məmmədəliyevin, yaxud Lütfi Zadənin və s. böyük alimlərimizin doğum yaxud anım günləri kimi çoxsaylı əlamətdar tarixlər seçilməyib? Həmin tarixlər gənc nəslə elmimizlə bağlı gerçək tarixi ənənəmizi və qürur hissi yaşatmağa, elm günümüzə dəvət edilən qonaqlara izah etməyə daha uyğun rəqəmlər olmazdımı?
Bizim xeyli axtarış aparıb aydınlaşdırdığımız 27 rəqəmi elmə, biliyə bağlı xalq olmamıza harada və nə dərəcədə dəlalət edir? Müasir elmi tədqiqatlar anlamında XX əsrin əvvəllərindən yaranan elmi qurumların fəaliyyət tarixi ilə əlaqəli günlər heçmi olmayıb? Məs, AMEA-da “Elm Tarixi” adlı İnstitutunun təsis günü məsələsində hər hansı tövsiyəsi nəzərə alınıbmı, onu da bilmək maraqlı olardı.
Fikrimizcə, bunlar kiçik məsələ olmayıb, Elm günü kimi əlamətdar tarixi günün missiyasının dərk edilməməsi, təsis tarixinə “unikal”(biganə) yanaşmanın,yaxud əksinə,elmə maraq oyatmaq kimi strateji yanaşma olmamasının göstəricisidir.
Qədim irs və qaynaqları olan elmimizin tarixinin SSRİ-nin (Gürcüstanda 1941-ci ildə, Ermənistanda 1943-cü ildə) yaratdığı EA-ların tarixinə, üstəlik də qeyri-dəqiq 27 mart gününə pərçimləməyə axı nə kimi “tarixi-elmi” ehtiyac var idi? Bunu necə əsaslandırmaq olar? Elm bayramlarının başlıca missiyasının milli şüurda elmə maraq oyatmaq, onu təbliğ etmək və nüfuzunu qaldırmaq olması baxımından bu tarix,məs, uşaq və gənclərə necə,hansı formada aşılana bilər?
Beləliklə,sual yaranır: təsisçilərin Azərbaycanda EA-nın yaranması ilə bağlı 23 yanvar tarixini 3 ay daha uzadıb, ingilis və rusdilli mənbələrə düşməyən 27 tarixini əsas götürməyin məntiqi nə ilə izah edilə bilər? Qədim elmi,mədəni irsi olan xalqımızın elm günü üçün əsas sayılacaq rəqəmin də dünyaca məşhur alimlərimizin doğum tarixi, yaxud digər əlamətdar günlə əlaqələndirmək, bununla da elm,maarif ənənələrimizin varisliyini yaxşı olmazdımı?
Yalnız qonşu ölkəni təqlidmi etmək və dünya təcrübəsinə tam biganəlik– elm bayramının başlıca missiyasının: elmin təbliği, təşviqi, elmi sosial mühitin yaradılması olduğunu nəzərə almamaqdır və onun nəticələrinə cari ilin elm günündə cəmiyyət olaraq qatlandıq.
XXI/21 və sonrası elm: Qələmin qılınc deyil, dron və süni intellekt olduğu əsr
Taleyin ironiyası ilə Elm günümüzdə ABŞ prezidenti Jo Bayden ilk mətbuat konfransını verdi və “Əsrin savaşını”: “4-cü sənaye inqilabında lider olmaq uğrunda savaş”kimi elan etdi.
Sitat: “XXI əsrin savaşında kim qalib gəlsə-dünyada hökmranlıq edəcək. Çin bu sahədə önə keçmək istəyir.Amma mənim dövrümdə buna imkan verilməyəcək.”
XXI əsrin 21-ci ilindən o yana elmin, innovasiyanın və texnologiyanın inkişafı məsələsi, artıq yalnız dövlət quruculuğunda önə çəkilən siyasi prioritet, yaxud “imzalar içində imzası olmaq” anlamında da deyil. Təbii intellektin süni intellekti yaratdığı XXI/21 və sonrası elm-rəqabət, gələcək, milli qürur və varlıq uğrunda savaşdır.
Əvvəlki dövrlərdə suverenlik ilk növbədə coğrafi- hərbi mahiyyətli anlayış olub. XXI/21 və sonrası suverenlik anlayışının elmi-texnoloji məzmunu başqa komponentlərdən önə çıxıb.Yekdil qənaətə görə, texnoloji asılılıq, keçmiş illərdəki hərbi -siyasi asılılıqdan daha dəhşətli nəticələr verə bilər.
Pandemiyanın gətirdiyi fəlakətlər dövlətlərin siyasi suverenliklə yanaşı, elmi-texnoloji,informasiya suverenliyi məsələsini kəskin şəkildə önə çıxardı. Dünya ölkələripeyvəndi yaradan və onu almağı gözləyən ölkələrə bölündü, “vaksin millətçiliyi”fenomeni ortaya çıxdı. Paradoksal olsa da virusla başlayan böhran elmi-texnoloji innovasiyalara (yeni peyvənd yaradılması, diaqnostika və dərmanların çatdırılmasında dron və robotların tətbiqi, süni intellektin total izləmələrdə tətbiqi, sosial məsafəyə riayət tələb edən robotların parklarda növbə çəkməsi və s.) təkan verdi.
COVID-19 pandemiyası, Qərbin adi fərdi qoruyucu vasitələr tədarükündə Çindən asılılığını ortaya qoydu. Sabiq prezident D. Trump ABŞ texnoloji ödəmə sistemlərini geosiyasi təzyiq vasitəsinə çevirməklə hədələdi, M.Pompeo B.Johnsondan Çinin Huawei’yi şirkətini İngiltərənin 5G şəbəkəsindən xaric etməsini tələb etdi. London City’nin bütün ödəmə infrastrukturunun(Visa,eBay, PayPal və s.) ABŞ-da dizayn edilən proqram təminatı əsasında işlədiyinə işarə etdi. Yüksək texnologiyaların, milli mütəxəssis kadrların yetişdirilməsinin milli təhlükəsizlik məsələsi olmasını sübut etdi.
Təsadüfi deyil ki, Baydenin işə başladığı ilk həftədə verdiyi sərəncamlar, ilk vəzifə təyinatları elmlə bağlı oldu. ABŞ tarixində ilk dəfə Ağ Evdə prezidentin elmi müşaviri statusunu “nazir” vəzifəsi statusuna qaldırdı. Ötən əsrdə T. Ruzveltin reallaşdırdığı, ABŞ-ın dünyada elmi liderliyini təmin edən “Amerikanın Böyük Elm Strategiyasını” (“America’s Grand Science Strategy”)tamamilə yeniləmək iddasını irəli sürdü. Bayden elmə olan diqqətini hətta yeni dekorasiya seçimlərində də nümayiş etdirdi. Oval Kabinetdə ABŞ-ın “Təsisçi ataların”dan, həm də alim və ilk kütləvi kitabxanaların yaradıcısı olan Benjamin Franklinin portretini asdırdı. Ofisdəki kitab rəfinə kosmosdan gətirilən Ay süxuru düzüb,bununla. əvvəlki nəsillərin elmə iddiaları və hazırkı nailiyyətləri ifadə etdi. Bunların fonunda, sələfi Trampın gəlişi ilə Elm üzrə müşaviri vəzifəsinin son əsrdə istənilən ABŞ prezidentin dövründə olduğundan daha çox-19 ay boş qalmasının ağır nəticələrinin aradan qalırılması da qızğın müzakirələrə səbəb oldu.
Olduqca maraqlı məqamlardan biri də, J.Baydenin Ağ Evin Şərq(!) zalında ölkə tarixçiləri ilə qapalı görüş keçirməsidir. Görüşdə Amerikada baş verən, son dərəcə böyük və sürətli tarixi dəyişikliklər tarixdə analoqunun olub olmaması, necə nəticələnməsi və s., müzakirə predmeti olub. XXI əsrin elmdə dönüş yaradan Ruzvelt dövründən tamamilə fərqli reallıq olması,Çinin süni intellekt və yüksək texnologiyalar sahəsində ciddi uğurlarının ABŞ-a təhdidləri, daha sürətli addımlarla bağlı məsləhətlər aparılıb. Bayden bildirib ki, vaxt az olduğu üçün irəliləyiş üçün lazım gələrsə hətta Konqresdə qərarları gecikdirən prosedur qaydalarından (Filibyuster proseduru), hətta iki partiyalılıqdan imtina lazımdırsa-onu da edəcək.(!) Görüş iştirakçısı, ABŞ prezidentlik institutunu araşdıran tarixçi Maykl Beşlos qeyd edib ki, Baydenin “ölkəni qısa müddətdə vacib yollarla dəyişdirmək” iddiaları, ötən əsrdəki prezidentlər: FDR (F. Ruzvelt) və LBJ-un (L.Jonson) fövqəladə iddiaları ilə tam müqayisə edilə bilər.
Maraqlı məqamlardan biri də Rusiyanın ABŞ-la aşkar elmi-texniki rəqabətə başlamasıdır. Belə ki, prezident V. Putin də 8 fevral Elm günündə prezident yanında “Elm və Təhsil Şurasına” dövlət elm və texnika siyasətini kökündən dəyişməyi tapşıraraq,səlahiyyətləri görünməmiş dərəcədə artırdı. J.Bayden kimi, Şuranın statusunu Nazirlər Kabineti səviyyəsinə və ondan da artıq-Təhlükəsizlik Şurasına qədər yüksəltməyi, alimlərin maaşları ilə maraqlanmağı tapşırdı. Dövlət elm siyasətinə cavabdeh ola qurumlarda struktur islahatlar aparıldı, Elmvə Təhsil Şurasının tərkibi,missiyası yeniləndi.
“Qüvvət elmdədir..” deyən mütəfəkkirin işarəsi altında keçəcək “Nizami ili”nin missiyası: Zəfət tarixinin 1-ci və Müstəqilliyin 30-cu ili: elmimizlə bağlı ciddi dönüş nöqtəsi kimi
Prezident İlham Əliyevin “Nizami ilini” Baydenin gündəm olan açıqlamasından əvvəl elan etməsi, dövlət başçısının siyasi rəhbərliyin elm fenomeninin fövqəladə əhəmiyyətini vurğulamasını göstərir.
“Nizami ili”- əsrin hərbi savaşında qazanılan qələbədən digər: elmi-texnoloji sahədə zəfərlərlə davam etdirilməsi kimi taleyüklü hədəflərə işarədir. Elmi ictimaiyyət, cəmiyyət olaraq bunun fərqində olmalıyıq. Üstünlüyü təmin edən güc- elmdirsə, elmimiz nə qədər güclüdür?-sualına cavablar tapmalıyıq.
Etiraf edək ki, hazırda elmi inkişaf hələlik güclü deyil, zəif tərəfimizdir. “Güclü olan isə-zəif tərəfini hər kəsdən yaxşı biləndir.” (Konfutsi)
Dünyada indi gündəm olanəsrin savaşını, mütəfəkkir şairimiz Nizami 9 əsr bundan əvvəl vəsiyyət edib. Nizaminin aksioma-aforizmi Azərbaycan xalqının elmə, biliyə verdiyi önəmin sübutudur.Bununla yanaşı, hiss edilmədən sönük keçən elm günü, sanki, Nizaminin imperativindən bixəbər olduğumuzu göstərir.
Elmimizdə əldə olunanlara “total inkarçılıq” mövqeyindən yanaşmaqdan tamamilə uzaq olmaqla yanaşı, elmi reallığımızı dərindən təhlil etməli, suallara cavab tapmalıyıq.
Məs., biz dövlət başçısının əsrin bir savaşında zəfər qazanandan həmən sonra “Nizami ilini” nə üçün bəyan etdiyinin, yeni savaşın mesajlarını verdiyinin mahiyyətinə varırıqmı? Elmi ictimaiyyət bununla bağlı Nizaminin bütün dünyaya bəlli olan irsini təkrarlamaqla bağlı deyil, onun yaşanılan məqamla səsləşən aktuallığı ilə bağlı nələri paylaşır? və s..
Elmi ictimaiyyətin elmi idarəçilik yönündə fəaliyyəti dövlətin elmlə bağlı həssas siyasətinə adekvatdırmı ?
Haşiyə: Elmin sosiologiyası, “elmdə alim” fenomeni ilə bağlı tədqiqatların banisi Robert Merton “alimi elmə gətirən dünyanı dəyişən ixtiraları yaratmağa vadar edən nədir?” sualı üzərində apardığı araşdırmaların ən son qənaəti: “Elmi subyektinin-alimin rolunun öyrənilməsi elmdə sosial tədqiqatların əsas istiqamətidir. Alim,tədqiqatçı, elmin inkişafının həm “səbəbkarı”, həm də “ “nəticəsi”dir. Elmin inkişafına yalnız bu vəhdətdə nəzər salındığı halda, həm onu irəlilədən, həm də geriləməyə səbəb olan amilləri düzgün anlamaq olar.
Hazırkı “Böyük elm”mərhələsində “Alim-elmi ictimaiyyət-elmi kollektiv və təşkilatlar” zəncirinin, “elmi kollektivlər” adlanan qismi önə çıxır, həlledici sistemyaradıcı qüvvəyə çevrilir. Nəhəng elm meydanında artıq “Tənha alim şəxsiyyəti” deyil, elmi kollektiv, birgə səylər və ümumi məqsədlər olmadan nəyəsə qadir olmaq olmur.
Bax elə burada- Elmin nəhəng fəaliyyət sahəsinə çevrilməsi-onun təşkilatlanması, elmi kollektivlərin öz işni düzgün idarəçilik problemini ortaya çıxardı.Bu isə, insanların elmi dəyərləri hər şeydən üstün tutan əzmkarlığı, fəallığı və təşəbüskarlığı deməkdir.
Müstəqilliyin ilk illərində elmin inkişafına dövlətin münasibəti-Ümummilli lider Heydər Əliyevin milli dövlət quruculuğunun ən ağır illərində ilk görüşünü 1993-cü il sentyabrın 21-də Akademiyada keçirməsi, dövlətin elmə inamının, bu strateji resursa münasibətində bariz sübutunu tapdı.
Bu görüş, “yaratmaq, quruculuq”əvəzinə “dağıtmaq və qırıcılığın” çox asan olduğu vaxtda sovet dövründə formalaşan akademik tədqiqat modelinin daha da təkmilləşdirilməsinə ümid, Azərbaycan aliminə və elminə etibarın ali nümayişi idi. Elmin təşkilatlanmasında “akademik tədqiqat modelinin” formalaşdığı tarixi təcrübə və ənənə nəzərə alınaraq, Akademiyaya “Milli” və “elmi-texniki siyasəti həyata keçirən ali dövlət orqanı”statusu verilməsi isə ən müdrik qərar oldu.
Son onilliklərdə dövlətin elmlə bağlı mövqeyi qəbul edilən strategiya, konsepsiya, qanun, proqram və qərarlarda əksini tapıb. Prezident İlham Əliyev bütün çıxışlarında, elm sahəsində dünya trendlərinə və templərinə uyğun texnoloji inkişaf, kadrlar və s. haqda fikirlərini,elmi ictimaiyyətdən gözləntilərini bildirir.
Ölkəmizdə elmin inkişafı üçün baza qismində kadr bazası, kosmik sənaye də, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” kimi qurumların yaradılması dövlətin “əsrin savaşı” olan elmlə bağlı atdığı real addımlardır..
Elm siyasətinə uyğun uğurlarımız yoxdursa səbəbləri harada axtaraq?
Elmimizdən söz düşəndə ən çox müzakirə edilən mövzu-maliyyələşmədir. Bu amil maneələr qismində ilk olaraq səbəb gətirilir, müqayisələr aparılır. Məsələn, ABŞ-da elm xərclərinin ÜDM-in 3 % -i, 2019-cu ildə 118 milyard, 2020-ci ildə 134 milyard,2021-ci ildə 142 milyard dollar olması və s.deyilir. Əlbəttə, Qərbdə Universitet professorlarının yuxarı orta təbəqəyə –upper middle class-mənsub olmaları bir aksiomadır. Skandinaviyada bir professorun məvacibi bir nazirin maaşına bərabər, ABŞ-da universitet prezidentinin bəzən ölkənin prezidentindən daha çox qazanması-bunlar faktlardır. Lakin mütləq səbəblər deyil.
Ölkəmizdə son ÜDM-nin 0.2-0,3-0,5 faiz arasında elmə xərclənir. Bununla yanaşı, elmə ayrılan maliyyənin böyük hissəsinin Elmin İnkişaf Fondu tərəfindən xərclənməyib, geri qaytarılması da geniş müzakirələrin mövzusu olub.
Bu elmi idarəçiliyin qeyri-düzgün təşkilinə işarə edən çoxsaylı faktlardan yalnız biridir. Ümumilikdə səciyyələndirilsə, elm büdcəsində illər üzrə müsbət dinamika mövcud olub. 2020-ci ildə elm xərclərinə 193,7 milyon ayrılıb,2021-ci ildə 183,3 milyon manat vəsait nəzərdə tutulub. 2000-2019-cu illərdə: Tədqiqat və işləmlərə çəkilən ümumi xərclər Mənbə:Statistika komitəsi.
Maliyyə yoxsa İdeyalar,təşəbbüs və fəallıq? Maddi yoxsa mənəvi -insan amili?
…hər ikisinin olması ideal vir vəziyyət ola bilərdi..Amma və lakin elm tarixi sübut edir ki,elmə təşnə olan tədqiqatçı fədakarlığı, kiçik yaşlardan elmə marağın yaradıldığı cəmiyyət,sosial mühit xariqələr yaratmağa qadirdir..
Elmin inkişaf etdirilməsində cəmiyyətdə elmə maraq oyadan, uşaqdan böyüyə qədər bütün təbəqələr arasında elmin davamlı təbliği və təşviqinin aparıldığı, ictimai rəydə eəmin nüfuzunu artıran sosial mühitin formalaşası alternativi olmayan şərtlərdəndir.
Elmin təkanverici şərtləri sırasında maddi-mənəvinin nisbəti, maliyyə və yaradıcı təşəbbüsün,fədakarlığın- hər ikisinin əhəmiyyətli resurs olmasına bir misal çəkək. Amerikada “Xalqın Elm Evi”- ABŞ-da Milli Elmlər Akademiyası 1863-cü ildə A.Lonkoln sərəncamı ilə yaradılıb və tam 60 il onun binası olmayıb! Yalnız növbəti Akademiyanın 3 üzvü olan alim pul toplamaq təşəbbüsü elan edir, “qəpik-qəpik”( 185,010.21) vəsait toplayıb,Linkoln Memorialı yanında torpaq sahəsi alır və akademiya bunasını tikirlər. Bütün bu illərdə akademiya fəaliyyətini bir an da olsa dayandırmayıb.. 5 ilə tikilən binanın 1922-ci ildə açılşını edən qurumun prezidenti Ç.Valkot deyib: “Biz buna Milli Elmlər Akademiyasının binası deyirik. Əslində isə bu Amerika xalqının “ Elm Evi” olacaq və olmalıdır”. Akademiya üzvləri isə rəsmi olaraq “millətin, dövlətin məsləhətçiləri” adlanır. (burada akademik rütbənin: pre bono,yəni ödənişsiz , ictimai əsaslı olması da məlumdur) ABŞ Milli EA-nın binasının bütün mənalarda yaranmasında maddi deyil, mənəvi- insan amilini bu misalda gördük.
Dünya tarixində, xüsusilə də hazırkı dövrdə bütün dəyişikliklər başlıca olaraq-inkaredilməz əsas-insan amili üzərində qərar tutub. Elm sahəsinə tətbiq edildikdə, bu həm düzgün,səmərəli idarəçiliyin təşkilini, həm də alim-tədqiqatçı fəallığı və fədakarlığını nəzərdə tutur.Bu baxımdan elmimizin inkişafı ilə bağlı maddi-maliyyə amilinin başqa strateji amillərdən-insan və düzgün idarəçilk amilindən ayırıb mütləqləşdirməyin əsası yoxdur.
Bill Gates-in “problemlərin həlli üçün bizə 100-lərlə Elon Musk-lar lazımdır”-fikrindən çıxış etsək, hər şeyi maliyyənin həll etmədiyi, yaxud insan amili olmadan “ÜDM-Elm Büdcəsi” və s. məsələlər mütləq yeganə yanaşma kimi qəbul edilməsinin yanlışlığı aydın olur. Qarşıya qoyulan missiya, məqsədlər, təşəbbüs və fəallıq da maddi olmayıb, XXI əsrin başlıca sosial kapitalı qismindədir. Elmin inkişafı yalnız yuxardan “maliyyə”, “aşağıdan” isə “heç nə” yanaşması ilə mümkün deyil. Maliyyə amili qədər, insan amili mənasında başa düşülən düzgün elmi idarəçilik də həyati vacib məsələdir.
Buna Ruzveltin elm müşaviri Vannevar Buşun, 1 səhifəlik məktubla bu güngü ABŞ elm liderliyini təmin edən elm fədakarlığı və s. minlərlə nümunələr var. “Amerika arzusu”adlanan fenomenin gerçəkləşmə modelini təxminən belədir: ” çox çalış -nəticədə mütləq uğur olacaq”. İnsan amilinin vurğulandığı bu model elm sahəsində də keçərlidir. Elm yalnız maliyyə sayəsində inkişaf etmir. Dünyaca məşhur alimlərin- Lomonosovu, Laplas, Nyuton,Rezerford, Qalua– imkansız ailələrdən olması faktını da yada sala bilərik. Elm yalnızca maliyyə-maddi amillə bağlı olmayıb, elmə qarşısıalınmaz maraq,inadkarlıq,fədakarlıq və s. kimi insani amillərlə sıx bağlıdır.
Öz növbəsidə insan amili də müvafiq sosial mühitdə formalaşa və özünü reallaşdıra bilər.
Siyasi və elmi elita ilə elmi ictimaiyyət, ümumilikdə cəmiyyət arasında qarşılıqlı fəaliyyət mexanizmlərinin qurulması bu mühitin yaradılmasında həlledici rola malikdir. Mövcud olan dövlət elm siyasətinin strategiya və taktikasının hazırlanması, tətbiqi və icma idarəetmə funksiyalarının əhəmiyyətli bir hissəsini elmi ictimaiyyətin öz üzərinə götürməsi, inkişaf proseslərinə təkan verən əsas amildir. Elmin inkişafı üçün mövcud bütün imkanların reallaşmasına şərait yaradan, təkan verən sosial mühit yaradılmadan heç bir ölkədə irəliləyiş mümkün deyil. Hazırda bütün dünyadan “beyin axınlarının” istiqamətləndiyi ölkələr məhz sosial mühitlə elmi cəlbedici “maqnitə” çevirə bilib. Elmin inkişafında səfərbərlik, fədakarlıq, fəallıq, təşəbbüskarlıq-həlledici olub. Bütün inkişaf etmiş ölkələrdə elm sadəcə maliyyə hesabına inkişaf etməyib, xüsusilə onlar çıxdıqları yolun başlanğıcında ən ağır şərtlər altında hədəflərə çata bilib. Elmi sosial mühiti yaratmaq-ictimai rəylə işləmək,cəmiyyətdə elmin etibar və nüfuzunu qaldırmaq, elmin idarəçiliyinə vətəndaşları cəlb etmək, elmlə bağlı bütün fəaliyyətin şəffaflığını,hesabatlılığını təmin etmək-deməkdir.
AMEA –Elmin inkişafında xalqın elmi potensialının aşkara çıxaran fundamental qüvvə- elmə maraq yaradan sosial mühitin yaradılması yönündə demək olar ki, yadda qalan hər hansı bir addım atmayıb. Dünyaya baxsaq, məs, NASA-nın son illərdə qırmızı planetə,Marsa eniş edən 5 kosmik gəminin hamısının adı (Sojourner (Gəlmə,Müsafir), Spirit (Ruh), Opportunity (İmkan) и Curiosity (Təəccüb), Perseverance(İnadkarlıq,Əzmkarlıq)-ABŞ-da uşaqlar tərəfindən verilib və dövlət miqyaslı müsabiqə əsasında seçilib. Bütün bunlar uşaqlıqdan elmə maraq oyadan elmi mühitin formalaşmasına, Amerikada “MİT mədəniyyəti” (Massaçuzets Texnologiya İnstitutu) deyilən ortamın yaradılmasına xidmət edir. (“Hər uşağa noutbuk” -təşəbbüsü MİT-ə aiddir.
Elmə maraqdan doğan ideyalar-texnoloji inqilabın mühərrikinə çevrilir. Azərbaycanda Harvard bitirən, çoxusu da məmur olan yüksək ixtisaslı kadrlarımız var. Eyni zamanda, Səlcuk Bayraqdar kimi bir MİT bitirən azərbaycanlının qayıdıb burada “MİT mühiti” yaradacağını gözləməyə şans-imkanımız yoxdur. Bununla yanaşı, elmimizin hər sahədə çox olmasa da, örnəklər var. Məs, 75 Nobelçisi olan MİT-ə dünya şöhrətini gətirən Lütfi Zadə örnəyi,buranı bitirib Google-da çalışan T.Bədirxanlı, NASA-da çalışan Azərbaycanlılar, ali təhsil sahəsində təşəbbüskarlığı və təhsil modeli ilə tanınan ADA Universiteti modeli var.
Bu qarşılıqlı fəaliyyət üçün əsas yaradan da müvafiq elmin təşviqi, təbliği və kütləviləşdirilməsi infrastrukturunun formalaşdırılmasıdır. Xalqın malik olduğu elmi potensialın, iddia və hədəflərin “yuxarı və aşağı”səviyyələrdə qovuşmasını, səfərbərliyini təmin edən, elm məmurları və alimlərin ictimai rəylə davamlı dialoqunu effektiv şəkildə təmsil və təmin edən analoji qurumlar olduqca çoxsaylı olub, bütün dünyada mövcuddur. Məs., Amerikada bu 1960-cı illərdə elmin köklü transformasiyası zamanı yaradılan, onun bu gün də drayverinə çevrilən “Amerika Elminin İnkişafı Assosiasiyası”dır(AAAS). Elmlə bağlı istənilən yaradıcı, kreativ təşəbbüsün ünvanına çatdırılması bu qurumların əsas məqsədidir. Dünyada əksər qabaqcıl ölkələrdə bu strukturlar daha da genişlənir yeni formalar yaradılır.
Yaxud qardaş ölkənin “beyin axını”ilə bağlı strateji “Türkiyəyə geri dön!” , Bayraqdar fenomeni ilə gündəmə gələn “Milli Texnoloji Həmlə(hücum)” adlı milli dövlət proqramına,yaxud da uşaqlar arasında görünməmiş elmi maraq siyasətini reallaşdıran 10-larla proqramı misal çəkək.
Elmi sosial mühiti yaratmaq-ictimai rəylə işləmək,cəmiyyətdə elmin etibar və nüfuzunu qaldırmaq, elmin idarəçiliyinə vətəndaşları cəlb etmək, elmlə bağlı bütün fəaliyyətin şəffaflığını,hesabatlılığını təmin etmək-deməkdir.
Məhz bu aspektdə,elmin inkişafı üçün ilk növbədə, səmərəli elmi idarəçilik və cəmiyyətdə elmə maraq oyadan sosial mühitin yaradılması öndə durur. Əsrin ən çətin savaşını qazanan bir xalq üçün başqa sahələrdə zəfər hissi qazanmaq kimi yaxın nə hiss ola bilər? Elmdə də zəfər qazanmaq, rəqabətə davamlı ölkə olmaq, bir sinqapurlu yaxud amerikalıdan elmdə nəinki zəif,əksinə gülcü olmaq hissinə malik kadrları yetişdirmək-bu ab-havanı yalnız düzgün idarəçilki və uyğun sosial mühit yarada bilər və yaratmağa məkumdur. Əks təqdirdə nəticələrə qatlanacaq.
Buradan irəli gələn bütün məsələlər isə-elmi idarəçilikdə hər bir həlqə-strukturun öz missiyasını dərk etməkdən ibarətdir. Qənaətimizə görə son onilliklərdə akademik idarəçilkdə elmi sosial mühitin yaradılması yönündə idarəçiliyə məsul qurumların öz missiyasını dərketmə səviyyəsi, fəallıq və təşəbbüskarlığı hələlik nə Azərbaycanda dövlət siyasətinə, nə də xüsusilə dünyadakı çağırışlara adekvat olmayıb.
Reallaşan inqilabi islahatlar fonunda elmimizdə idarəçilik
Prezident İlham Əliyev bildirib: “Biz istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlarımız da var. Çünki kadr potensialı güclü, təhsil lazımi səviyyədədir. Savadlılıq təqribən 100 faizdir. Bu, elmin inkişafı üçün əsas bazadır. Elmin inkişafına diqqət və qayğı var. Əsas məsələ ondan ibarətdir ki, strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun”.
Azərbaycan elminin inkişafna mane olan səbəblər hansılardır, alimlərimiz hansı problemlərlə üzləşir, bu sahənin nüfuzunu artırmaq, “beyin axınını”dayandırmaq, elmə gənclərin axınını motivasiya etmək üçün nə edək?
2019-cu ilin avqust ayında AMEA rəhbərliyi dəyişdi. AMEA-da yeni prezident olsa da, alim-akademik və elm sahəsi ilə 30 illik dövrdə ən yaxından tanış olan şəxs elmi rəhbərliyə gəldi və islahatlar bəyanatını verdi.
Ölkədə elm sahəsi ilə uzun illər tanışlığı olan şəxsin vəziyyətə dərindən bələd olması haradasa müsbət gözləntilər də yaratdı. AMEA tarixində ilk mətbuat konfransı keçirildi. Mövcud problemlər açıqlandı. Maraqlıdır ki, problemlərin yenə də mütləq olaraq, maddi amillə bağlılığı qabardıldı. Sadəcə bu açıqlamanı və yaranmasından 60 il binasız fəaliyyət göstərən, fədakarlıq resursuna güvənən ABŞ MEA-nın yuxarıdakı misalını müqayisəsi göstərir ki, elmimiz naminə başlanğıcdan “ürək yanğısı, milli səfərbərlik və fədakarlıq kimi insan amili” bu hünümüzdə də bir kənarda, dərk edilməmiş səviyyədə qalıb.
Sitat: “Azərbaycanda elmə ayrılan vəsaiti 81-82 faizi əmək haqqı, vergilər, sosial yardımların ödənilməsinə, 10% -i kommunal xidmətlər, rabitə və internet xərclərinə sərf edilir. Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondundan qazanılan qrantlar hesabına alınan cihazların səmərəliliyi 20 faizi ötmür..:Bir neçə institut xaricində heç bir əməli işlər aparılmayıb. Gənclərin sayı 10-20 faizdir… fundamental sahə inkişaf etməyib.” Beləliklə, AMEA- sosial təminat qurumuna(“sobesə”),büdcənin ancaq əmək haqqına sərf edildiyi təşkilata çevrilməsi təsəvvürü möhkəmləndi.
İslahatlar çərçivəsində AMEA institutlarında Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifələrinin yaradılması, “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın qəbul olunduğu bildirilib.
Sözügedən sənədin təhlili ayrıca mövzudur. Proqram sənədin 5 illik zaman əhatəsi fonunda, onun 7 səhifə olması heç bir nikbin ümidlərə yer qoymur. Həcm, forma baxımından, analoji konseptual,doktrinal sənədlərlə müqayisə belə edilməyən proqramın məzmunu da müzakirə mövzusudur. Çağdaş qlobal elmi reallıqla, yaşanan elmi inqilabın sayca necənci olması ilə bağlı AMEA-nın rəhbərliyinin təsəvvürləri dövlət elm siyasətindən fərqli olması aşkara çıxır. Məs., prezidentin sərəncamı ilə “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradıldığı halda,AMEA rəhbərinin 2020-ci il Elm günü və AMEA-nın 75 illiyi ilə bağlı məqaləsdə qeyd edilir.
Sitat: “Bu gün sivilizasiya informasiya epoxasına daxil olub, onu üçüncü sənaye inqilabı da adlandırırlar”. Həmin məqalədə sözü gedən “proqram-sənədin”,sitat:“ yaxın on ildə aşağıdakı başlıca istiqamətlərini müəyyənləşdirir: elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi; struktur islahatlarının həyata keçirilməsi və idarəçiliyin təkmilləşdirilməsi;elmi infrastrukturun modernləşdirilməsi;elmi işçilərin attestasiyasının keçirilməsi, elmi kadrların hazırlıq keyfiyyətinin daha da yaxşılaşdırılması; elmin maliyyələşdirilməsinin optimallaşdırılması və elmi əməyin ödənilməsi;…”(https://azertag.az/ru/xeber/Na_putyah_dostizhenii _reform_i_razvitiya __75_l etiyu_NANA_posvyashchaetsya-1444925)
Sadəcə təsəvvür edək ki, 10 ilə biz hələ prioritetləri müəyyən etməli, idarəçiliyi təkmilləşdirməli olsaq, sonrakı illərimiz də nə qədər gerilədiyimizi hesablamağa sərf edilə bilər..
Pandemiya dünyada elmə münasibətdə yaratdığı görünməmiş rəğbət, pərəstiş Azərbaycanda sanki əks effekt verib.Durğunluq və özünü doğrultma bəhanəsinə çevrilib.
Dünyada elmin maddi bazası ilə eyni-bərabər dərəcədə, elmin səmərəli, düzgün “yaxşı idarəçilik” adlanan siyasət əsasında təşkili uğurların əsas səbəblərindəndir. Ölkəmizdə elmin idarəçiliyi sahəsində ali orqan statuslu qurumun indiyə qədər struktur və funksional olaraq, “düzgün idarəçilik”modelinin formalaşması yönündə səyləri gözlənilən nəticələri verməyib.
Hazırda elmimizin idarəçilik və təşkilat sistemini səciyyələndirən əsas xüsusiyyəti islahatların “imitasiyası” kimi adlandırmaq olar. Mövcud elmin idarəçilik modeli və mexanizmləri elmi sıçrayışlı inkişafı uçun stimul, motivasiya yaratmaqdan uzaqdır. Belə ki, elmin idarəçiliyi olduqca geniş, çoxşaxəli fəaliyyət sahəsi olub, kadr siyasəti, tədqiqat infrastrukturu, maliyyənin səmərəli sərfi, elmi mühitin yaradılması üçüm sosial kommunikasiya və koordinasiya, elmi ictimaiyyətin şəbəkələşməsi, elmi məhsul verilməsini motivasiya etmək, maraq mühitinin yaradılması üçün elmin populyarlaşdırma tədbirlərini keçirmək, peşəkarlığın artmasına dəstək, intensiv beynəlxalq əməkdaşlıq münasibətlərinin, elm diplomatiyasının qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, idarəçilikdə kollegial orqanların yaradılması, strateji elmi prioritetlər seçimi, təşkilat daxili sağlam rəqabətin təmin edilməsi və s. əhatə edir.Qeyd edilən konkret istiqamətlər AMEA fəaliyyətində hiss edilməz dərəcədə olub.
Hazırda elmi mühitin yaradılması üçün sosila şəbəkələr böyük imkanlar yaradıb. Xüsusilə də pandemiya dövründə bütün sosial şəbəkələr üzərindən aparıldığını nəzərə alsaq, elmimizin idarə edən qurumların fəallığı müşahidə edilməyib. 1995-ci ildə ölkədə yaradılan ilk veb saytın AMEA-saytı olsa da, onun sosial şəbəkələrdə fəaliyyətinin öncüllüyü barədə ilk sıralarda olması hiss edilmir.( FB səhifəsində sonuncu postu-yarım il əvvələ(10 sentyabra 2020) aiddir .)
Elm siyasətinin qanunverici əsaslarının mövcud çağırışlara adekvat yenilənməsində fəallıq və təşəbbüs zəifdir
Elmin inqilabi sahələri üzrə rəsmi sənədlərin qəbul edilməsində gecikmələr mövcuddur. Azərbaycanda elmi-texniki siyasətlə bağlı qanunverici sənədlər, konsepsiya və proqramların XXI əsrin inkişaf trendlərinə uyğun yenilənməsi, strateji prioritetlərlə bağlı ayrıca dövlət sənədlərinin hazırlanması növbəsini gözləyir. Sözü gedən sənədlərin hazırlanmasına elmi ictimaiyyət tərəfindən təşəbbüslər göstərilməsi çox vacibdir. Tarix göstərir ki, tək bir belə təşəbbüs (məs. F.Ruzveltin elm üzrə məsləhətçisi Vannevar Buşun 1 səhifəlik məktubu) elmin gedişatını dəyişməyə qadirdir.
4-cü sənaye inqilabının mühərriki- Süni intellektdir(Sİ). Dünyanın 40-dan artıq ölkəsi Süni İntellekt (Sİ) sahəsində milli strategiyalar yaxud analoji rəhbər sənədlər, milli proqramlar, fəaliyyət planı formatlı sənədlər qəbul edilib. Qabaqcıl ölkələrlə yanaşı, Şərqi Avropa,bəzi MDB dövlətləri, hətta Afrikada Keniya və s. ölkələr qlobal Sİ rəqabətinə qoşulmuşlar.Millli dövlətlər bütün resurlarını bu rəqabətdə səfərbər edib. Azərbaycan Sİ-lə bağlı milli strategiya qəbul edən və reytinqlərdə yer alan ölkələr sırasında yoxdur. Elmə investisiyaların elmin təşkilat infrastrukturu üzrə deyil, məqsədyönlü prioritet tədqiqatlar və istiqamətlər üzrə ayrılmasına önəm verilir. Azərbaycanda bu sahələrin məs,süni intellekt və yüksək texnologiyalar və s. kimi müəyyən edən konseptual sənədlərin təqdimi gecikir. “Elm haqqında” Qanunda “süni intellekt” sözünün olmamasını nəzərə alaraq,bu sahədə işlərin sürətləndirilməsi gündəmdədir. Ölkəmizdə sosial,iqtisadi-texnoloji sahələrlə bağlı rəsmi sənədlərin məzmununda elm sözünə rast gəlinməməsi yaxud olduqca az olması-arzu olunan hal deyil. Məs., “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər“adlı sənəddə göstərilən 5 Milli Prioritetin heç birində “elmi-texnoloji” termini yoxdur. Nəinki 5 prioritet, həmçinin, sənədin mətnində ən son abzasda bircə kəlmə “elm” sözünü tapmaq mümkündür. Kobud müayisə ilə, elmin nüfuzunu artırmaq, elmə diqqəti cəlb etmək üçün “elm” sözünü nə qədər çox desək, şüurlara aşılasaq, o qədər çox fayda var.
Ölkəmizdə elmin inkişafı ilə bağlı özəl statusa malik AMEA-nın hazırkı formada səmərəli idarəçilklə bağlı dönüşə nail olmasına nikbinlik yaradan əsaslar yox dərəcəsindədir.
Bununla yanaşı, son əsrə yaxın müddətdə ölkədə elmi tədqiqat və təşkilatlanma modeli kimi formalaşan akademik elm modelinin dağıdılması, ləğvi və s.də kimi cəhdlər də qeyri-məqbul,riskli addım olardı. Yaradılacaq istənilən model “dağıdaq,sonra qurarıq” məntiqindən uzaq olmalıdır. Eyni zamanda bu o demək deyil ki, “dərdlərin çarəsi” yalnız qurumun hazırkı formada mövcudluğunu saxlamaq ola bilər.
Azərbaycanda elmin idarəçiliyi, menecmenti yaxud akademik idarəçilik adlandırılsın, elm haqqında elmlə bağlı ictimaiyyətşünasların tədqiqatları,uğurlu elm modellərinin təhlili də yox dərəcəsində olsa da, yazılan dəyərli kitabların geniş müzakirəsinə heç bir ehtiyac hiss edilməyib. (Məs.Azərbaycanda elm və onun təşkilati formaları Bakı – 2010);Elm haqqında elm. Bakı, 2011;Elmşünaslığa giriş. Bakı, 2010) Bundan fərqli olaraq, başqa ölkələrdə optimal təşkilatlanma modelləri nəinki davamlı müzakirə edilir,həmçinin “Elmi sahəsində ən yaxşı idarəçilik təcrübələri bankı” yaradılıb(məs. Rusiya)
Hazırda elmdə islahatların imitasiyası kimi mövcud vəziyyət dramatik adlandırıla bilər. Belə ki, vəziyyətin dərinlik-ağırlıq dərəcəsi elmin dinamikası və statistik data baza, potensialın qiymətləndirilməsi olmadığı üçün tam məlum deyil. Buna görə də müşahidələr əsasında deyə bilərik ki, hazırda elm institutu ümumi taleyüklü məqsədlər ətrafında səfərbər olan “vahid bir bütöv,korporativ qüvvə” kimi deyil, təcrid edilmiş, kommunikasiyasız və ünsiyyətsiz durumda mövcuddur. Alimlər arası elmi dialoq və ünsiyyətdən daha çox,çəkişmə-qütbləşmə sezilir.
Qabaqcıl təcrübələrdə dövlət elm siyasətinin reallaşdırılması və elmin idarəçiliyinə məsul elm administrasiyası mövcuddur
Azərbaycanda dövlət elm siyasətini, elmin idarəçiliyini həyata keçirən rəsmi qurumunun, elm administrasiyasının yaradılması, infrastrukturunun təşkilatlanması yönündə ciddi struktur islahatlar həyata keçirilməsi günün tələbidir. Son onilliklərdə milli elmimiz dünyada demək olar ki, analoqu olmayan, adında “elm” sözü olmayan, dövlət elm siyasətini həyata keçirən rəsmi dövlət qurumunun-nazirlik yaxud komitənin olmadığı şəraitdə mövcud olub.
Azərbaycanda müstəqillikdən sonra tam 30 il müddətində elmin idarəçilik “zəncirini” formalaşdıran mühüm aralıq həlqə-Elm siyasətini həyata keçirən nazirlik yaxud başqa qurum olmamışdır. İcraedici idarəçilik səviyyəsində dövlət elm siyasətinin hazırlanması və normativ hüquqi tənzimlənməsi işinə əvəzsiz töhfə verməli olan analoji qurumun olmaması bu sahədə səmərəli idarəçiliyin formalaşmamasını şərtləndirən səbəblərdən biridir.
Bununla müqayisədə, son onilliklərdə milli elmimiz dünyada demək olar ki, analoqu olmayan, adında “Elm” sözü olmayan, dövlət elm siyasətini həyata keçirən rəsmi dövlət qurumunun-nazirlik yaxud komitənin olmadığı şəraitdə mövcud olub. Belə vəziyyətdə, son onillərdə elmin nüfuzunu artıran,onu təbliğ edən mühitin formalaşması üçün sistemyaradıcı, özəl səlahiyyətə/statusa malik AMEA və onun kurasiyasında olan elmi təşkilatlanma-infrastruktur modelinin təkmilləşməyə ehtiyacı var. Ölkədə elmi tədqiqat təşkilatlarının 100-dən 90 faizinin yalnız paytaxtda yerləşməsi özü də elmi infrastrukturun qeyri-rasional yerləşdirilməsini göstərir.
Bununla yanaşı, ötən müddətdə bütün qabaqcıl təcrübələrdə olduğu kimi, dövlət elm siyasətini həyata keçirən elmin idarəçiliyinə məsul elm administrasiyası, Komitə, Nazirlik, Agentlik və s. yaradılmayıb. 2016-cı il tarixli “Elm haqqında” Qanunun 11-ci maddəsinə əsasən AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil edən və təmin edən, elmi həyata keçirən dövlət elmi təşkilatı” statusu verilib. Bununla yanaşı, dünyanın heç bir yerində Akademiyalar, dövlətin ali elmi-texniki siyasətini həyata keçirən administrativ qurum deyil, tədqiqat qurumları olduğu üçün, AMEA özünün inzibatı idarəçilik orqan, elmi administrasiya səviyyəsində səmərələliyini təsdiqləyə bilməyib.
Elmin inkişafı uğrunda zamanın milli səfərbərlik çağırışı və aidiyyətli qurumlar
2021-ci il “Elmə alternativ yoxdur” hikmətinin müəllifi,“bəşərin ən uca fikir dağı” (M.Araz) “Nizaminin ili”dir. Sahənin inkişafı üçün lazımi potensialımız, Qərb , Şərq-Asiya elm modellərinin təcrübəsini təhlil imkanı da, dünyada elmə ən çox dəyər verən, maarif və bilik vurğunu olan, dünyəvilik örnəyi olan Azərbaycan xalqı var.
Tarixi parlaq şəxsiyyətlərlə, dərin araşdırmalarla, tanınmış elmi nəticələrlə zəngin olan,arxitektura baxımından da elm məbədi olan Milli Elmlər Akademiyasının, ölkənin əsas intellektual qüvvələri və nəhəng yaradıcılıq potensialının cəmləşdiyi zəka ünvanı, ABŞ dakı kimi “Xalqın Elm Evi” olması günün tələbidir. Nizami ilində elmimizdə idarəçilik və s. sahələrdə köklü islahatların reallaşması, dönüş yaradılması bir milli ideologiyamız səviyyəsinə qalxmalıdır. Burada yanlış olan “kiçik ölkə” kompleksini aşılayanlara dirəniş göstərməliyik. Çünki süni intellekt əsrində “kiçik və ya böyük” nisbi anlayışlara çevrilir.
Ölkədə “Nizami ili”,dünyada “əsrin savaşı” elan edilən bir ildə AMEA-kollektivi adından dövlətimizin elm sahəsində dönüş və zəfər yaratmaq hədəfləri ətrafında elmi debat,dialoq və müzakirələr əvəzinə, yalnız akademiya rəhbərini dəstək, müdafiə yaxud israrlı təkzib bəyanatları elm institutumuzun nüfuzuna ağır zərbələri vurmaqdadır. Cəmiyyət AMEA-dan Big Data,Süni intellekt, 5G texnologiya, dronlar, vaksinlər, sosial robotlar və s.elmi inqilab cəbhələrindən qaynar xəbərlər, sayca az olsa da müsbət nailiyyətlərin dönə-dönə təbliğini gözləyir. Elm hər cür siyasiləşmə,qruplaşma və s bəyanatlarının verildiyi yer deyil, cəmiyyətin elm adlı bu ali,kübar fəaliyyət sahəsindən gözləntilərinə cavab verən nüfuz və ehtirama layiq zəka institutu, intellekt məbədidir.
Xalqımızın milli sərvəti ünvanı olan, olmalı olan AMEA nəinki bu qurumda, bütün cəmiyyətdə imkan və potensialı milli səfərbərlik elan edən, milli elmi həmlə nöqtəsinə çevrilməlidir. Əsrin savaşının elm cəbhəsində aparıldığı əsrdə biz AMEA-nın dünyanın 5637 ən nüfuzlu elmi təşkilatı arasında 745-ci yerdə qərar tutması ilə təskinlik tapa bilmərik.
Elm hər cür siyasiləşmə,qruplaşma və s bəyanatlarının verildiyi yer deyil, cəmiyyətin elm adlı bu ali, kübar fəaliyyət sahəsindən gözləntilərinə cavab verən nüfuz və ehtirama layiq zəka institutu, intellekt məbədidir. Mediada AMEA rəhbərliyinin ilginc vəzifə təyinatları, eyni institutların adının dəfələrlə dəyişdirilməsi,kollektivinin daxili çəkişmələr, haqq-hesab çürütmə və münaqişə xəbərləri hələlik nəinki qurum daxilində konstruktiv həllini tapmaqda, əksinə daha da artmaqdadır.
Pandemiya dövrü qurumda verilən açıqlamalar gülüş hədəfinə çevrildi. Bütün dünya Akademik strukturlar bütün səviyyələrdə qərar vermə, elmi dərəcə və adların verilməsi, dissertasiya müdafiəsinin təşkili və seçkilərin keçirilməsində lazımi şəffaflığı və kollegiallığı təmin etsə də Azərbaycanda hələlik heç bir addım atılmayıb.
Elm sürəkli çəkişmə,siyasiləşmə, inkarçılıq mühitində elm heç zaman rəqabətədavamlı institutu kimi möhkəmlənə bilməz. Alim və tədqiqatçıların həlli vacib məsələlərlə bağlı təşkil edilən kütləvi debatları, təşəbbüs və fəallığının körükləmək, cəmiyyətdə elmə inam və etibarı yüksəltmək , elm və mədəniyyətin simvolu olmaq əvəzinə, istənilən tənqidə “xüsusi əməliyyat” rejimində ,”son döyüş” tərzində dözülməz, hər hansı obyektiv yaxud subyektiv tənqidə qarşı səngər qurmaq nəinki qeyri-rasional, həm də əsassız və destruktiv yanaşmadır.
Mövcud vəziyyətin düzəlməsi yönündə atılacaq addımların gecikdiyi nəinki hər gün, həm də hər saatı elmimizin “dönüş nöqtəsi” olacaq zamanın başlamasını o qədər gecikdirir, ümidsiz və bədbin perspektivləri göz önünə gətirir. Yalnız elmi ictimaiyyət deyil, bütövlükdə cəmiyyət olaraq, Azərbaycan elmini zəiflədərək onun məhvinə aparan tendensiyanın qarşısını almaq, ölkəmizi dünya intellektual elitasına qovuşdurma, elmimizə sahib çıxmaq ilk və müqəddəs vəzifədir.
AMEA-da ölkənin real ehtiyaclarına əsaslanan elmi tədqiqatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi, elmi işlərin planlaşdırılması və icrasının monitorinqi, nəticələrin keyfiyyət əsaslı qiymətləndirilməsi və həyata keçirilməsi yönündə ciddi məsələlər həllini gözləməkdədir.Hazırkı dövlət sifarişlərinə əsaslanan sistemi formal xarakter daşıyır. Nəinki cəmiyyət, əksər dövlət qurumları AMEA-nın müxtəlif elmi istiqamətlərdə- iqtisadi, sosial, mədəni və s. hansı işləri görə biləcəyinə dair malik olduğu imkanları, rolu və yeri barədə demək olar bir təsəvvürə malik deyil.
İnstitut,alim və tədqiqatçılların fəaliyyətinin səmərəliliyini qiymətləndirmək üçün beynəlxalq səviyyədə qəbul edilmiş-keyfiyyətə nəzarət adlanan elmi meyarların tətbiqi hələ gündəmdə deyil. AMEA rəsmilərinin verdiyi açıqlamalarda da hazırda elmimizdə başlıca trendlərinin – elm və alimin ictimai nüfuzunun ciddi şəkildə azalması, ”feminizasiyası”, elmi heyətin sürətlə “qocalması”, gənc kadrların xaricə güclü “beyin axını”, peşəkar elmi kadrların sayının azalması, dünyada alimlərin sayında ümumi artımı fonunda, Azərbaycanda tədqiqatçıların sayı hər il azalması kimi müdhiş proseslər təşkil edir. Bu tendensiya özünü xüsusilə təbiət elmləri sahəsindəki kəskin biruzə verir. Bu meyillər yalnız elmimizi deyil, bütövlükdə cəmiyyətimizi hara aparacağını düşünmək belə-fəlakət duyumunu artırır.
Cari Nizami ilində -ölkəmizdə elm və təhsillə bağlı qarşıda duran vəzifələrlə bağlı strateji baxışını, qəbul edilmiş sənədlərin, vəzifələrin dünya elm və təhsilinin inkişaf trendləri, mütərəqqi hesab ediləcək ölkələrin təcrübəsi ilə müqayisəli təhlil və müzakirə etmək, elmimizin hazırkı vəziyyətdən çıxara biləcək islahatlara dair elmi ictimaiyyətin, bütövlükdə cəmiyyətin fikirləri ilə tanış olmaq, ölkəmizdə elmlə bağlı güclü sosial elm hərəkatı yaratmaq başlıca məqsədlərdən olmalıdır.
XXI əsr/ 2021-ci- “ Nizami ili”nin, Zəfər tarixinin 1-ci və Müstəqilliyin 30-cu ilinin elmimizlə bağlı ciddi dönüş nöqtəsinə çevrilməsinə alternativ yoxdur./ Azpolitika.info/