Futbol üzrə Fransa kubokunda finalçılar məlum olub. Demokratikmusavat.com matc.az-a istinadən bildirir ki, ilk yarımfinal görüşündə PSJ "Monpelye" ilə qarşılaşıb.
Əsas vaxtı 2:2 hesabıyla bitən qarşılaşmanın penaltilər seriyasında parislilər daha dəqiq olub - 6:5.
PSJ-nin finaldakı rəqibi GFA74 - "Monako" matçında müəyyənləşib. Rəqibini 5:1 hesabıyla məğlub edən "Monako" finala yüksəlib.
Beləliklə, Fransa kubokunun finalında PSJ ilə "Monako" üz-üzə gələcək. Həlledici oyun mayın 19-da baş tutacaq.
Demokratikmusavat.com