Erməni lobbisi Baydenin qərarlarına təsir edir - Amerikalı ekspert Milli.Az-a danışdı

 

"Fikrimcə, Türkiyənin ABŞ ilə F-35 Lightning II qırıcı-bombardmançı təyyarələrini almaqla bağlı dialoq aparmağı, mövcud administrasiyanın Trampdan əvvəlki mövqeyinə qayıtmaq üçün bir başqa cəhdidir".

Bunu Demokratikmusavat.com-a açıqlamasında amerikalı hərbi ekspert Ben Minik deyib.

O bildirib ki, ABŞ bir çox səbəbdən Türkiyə ilə münasibətlərin üstündən tam xətt çəkə bilmir:

"Əvvəlcə ABŞ və Türkiyə arasında bu təyyarələrə dair bir razılaşma var idi. Bunu Donald Tramp pozdu.

Mövcud İdarə ənənəvi ABŞ siyasi mədəniyyətindən çıxış edir və indi ANCA-nın Amerika Erməni Milli Komitəsi (Armenian National Committee of America, ANCA) və lobbi fəaliyyətinin təsirlərini geniş miqyasda görürsünüz. Siyasətçilər fikirlərini ən yüksək təklif verənə satırlar.

ABŞ bir çox səbəbdən Türkiyə ilə münasibətlərin üstündən tam xətt çəkə bilmir. Bu səbəblərdən biri ABŞ-ın Türkiyədən icarəyə götürdüyü hərbi bazada yerləşdirilən silah anbarlarıdır".

Təhməz Əsədov
Demokratikmusavat.com

0.14843606948853