Alimpaşa Məmmədovun maralları ac qalıb

 

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun maral ferması baxımsız vəziyyətə düşüb.

Demokratikmusavat.com big.az-a istinadən xəbər verir ki, A.Məmmədovun həbsinə qədər hər gün heyvanlara palıd qozası və xüsusi yen verilirdi. İndi isə necə deyərlər "yetim" qalan marallar quru samana möhtacdır. 30-a yaxın maral ac və baxımsız vəziyyətdə qalıb.

Maral əsasən çöl heyvanıdır və meşələrdə yaşayır. Azərbaycanda bu heyvanların sayı çox deyil və onların fermada saxlanması ilk hadisədir. Bu ilkə isə Alimpaşa Məmmədov imza atıb.

Maral ferması ilk olaraq rayonun Çənlibel kəndində qurulub. Bahalı qiymətə alınan marallar məhz bu kəndə gətirilib. Sonra keçmiş icra başçısı fermanı daha yaxın əraziyə - Kür qəsəbəsinə köçürüb.

Demokratikmusavat.com

0.18248510360718