Şuşa uğrunda şəhid olan vətən oğlu - VİDEO

 

Dünən rəşadəti ilə seçilən Xüsusi Təyinatlı Elvin Abbasovun doğum günü idi

Demokratikmusavat.com Real TV-ə istinadən bildirir ki, yaşasaydı ömrünün 29-cu ilini görəcəkdi. O, cəsur görkəmi, döyüşlərdəki igidliyi, şücaəti ilə düşmənin əsl qəniminə çevrilmişdi. Xüsusi təyinatlı dəstənin xüsusi rəşadəti ilə seçilən qəhrəmanı Elvin Abbasov Vətən müharibəsindəki qələbəmizdə böyük hünər göstərdi. Əslən Ağdərənin Umudlu kəndindən olan və Bərdə rayonun Hacılı kəndində məskunlaşan Elvinin vətən həsrəti onu könüllü olaraq ordu sıralarına gətirib. Xidmətinin elə ilk günlərindən bacarığı, qorxmazlığı ilə hərbi rəhbərliyin, döyüş yoldaşlarının hörmətini qazanıb. Döyüşlərdə də xüsusi qəhrəmanlıq göstərən Elvin düşmənin bir neçə istehkamını, onlarla canlı qüvvəsini məhv edib.

Noyabrın 5-də Şuşanın alınmasında fəal iştirak edən Elvin Daşaltı istiqamətində Şuşa şəhərinə qalxan zaman düşmən gülləsinə tuş gələrək qəhramancasına həlak olub. Valideynləri üçün onun yoxluğuna dözmək çətin olsa da, oğullarının mərdliyi, rəşadəti onları da hədsiz qürurlandırır:

Elvin Qarabağın qara bağının açılması uğrunda qəhrəmancasına savaşdı, Şuşanı düşməndən təmizləyən zaman şəhadətə yüksəldi. O qisasını aldı, elə sənin də qisasın alındı vətən oğlu! Qələbə sənin kimi igidlərin sayəsində bizim oldu.Canını Azərbaycan üçün sipər etdi Elvin Abbasov. Hünər dolu, şərəfli ömür yolu ilə Vətənin övladı olduğunu sübut etdi.

Qəhrəmanlar unudulmur, Sən də bizim üçün əbədi yaşar oldun, Azərbaycanın qəhrəman oğlu!

Demokratikmusavat.com

0.18614482879639