Şəhadətdə 25 illik yubiley - VİDEO

 

Dünən şəhid Məhəmmədəli İsmayıllının doğum günü idi

Demokratikmusavat.com Real TV-ə istinadən bildirir ki, əvvəllər onunla yalnız ailəsi, qohumları fəxr edirdisə, indi İsmayıllı Məhəmmədəli bütün elinin, ölkəsinin qürur simvoluna çevrilib.

Vətən müharibəsinin cəsur qəhrəmanlarından biri olan Məhəmmədəlinin bu gün 25-ci doğum günüdür. 25 illik ömrü isə şərəf, ləyaqət doludur. Uşaqlıqdan idmana böyük həvəsi olan Məhəmmədəli məqsədini reallaşdıraraq sonralar respublika, eləcə də beynəlxalq yarışların qalibi olmuş, bayrağımızı elə o zamanlardan ucaltmağa qadir olmuşdu. Türkiyədə dünya çempionluğuna qədər yüksələn Məhəmmədəli daha sonra hərbi dəniz qüvvələrində xidmət keçib. Vətənə xidməti öz daimi peşəsinə çevirmək istəyi ilə müddətdən artıq hərbi qulluqçu olmağa qərar verib.

Hərbi tibbi yardım maşını ilə o, neçə-neçə yaralı hərbçilərimizi, şəhidlərimizi döyüş meydanından çıxarıb.

Oktyabrın 30-da isə Füzuli rayonunun Qaraməmmədli kəndi istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını xilas edərkən minaya düşərək şəhid olub.

Anası deyir, ona çox bağlı olsa da Məhəmmədəli Vətəni üstün tutdu. Vətənin harayına qaçdı

İsmayıllı Məhəmmədəli Elxan oğlu Vətənin azadlığı uğrunda gedən ağır döyüşlərdə göstərdiyi şücaətə və qəhrəmanlığa görə ölümdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən" Vətən uğurunda","Cəsur döyüşçü", "Füzulinin azad olunması uğrunda" və" Xocavəndin azada olunması uğrunda"medalları ilə təltif olunb.

25-ci doğum günündə məkanın Cənnət oldu. Ad günün, qazandığın uca zirvən mübarək üzü nurlu şəhidimiz!

Demokratikmusavat.com

0.151771068573