"Real Madrid" Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib

 

İspaniyanın "Real Madrid" futbol klubu gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu barədə klubun Gənclər və İdman Nazirliyinə ünvanlanan məktubunda deyilir.

"Real"ın icraçı vitse-prezidenti Enrike Sançes Qonsales nazirin ölüm xəbərindən dərindən kədərləndiklərini bildirib.

Vitse-prezident "Real" klubu adından nazirin yaxınlarına və ailəsinə başsağlığını ifadə edib.

Demokratikmusavat.com

0.1318211555481