Jurnalistin həbsi ilə bağlı DİN-dən son açıqlama: O məsələ ilə bağlı saxlanılmayıb - VİDEO

 

Əməkdar jurnalist Nəsimi Nəbizadənin narkotik maddə satmaqda şübhəli bilinərək həbs edilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır. Jurnalist polis tərəfindən o məsələ ilə bağlı saxlanılmayıb.

Demokratikmusavat.com bildirir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Sosial statusundan asılı olmayaraq hər hansı vətəndaş barədə məlumat yayarkən diqqətli olmağı tövsiyə edirik", - o bildirib.

Demokratikmusavat.com

0.12617588043213