Hidayət Heydərov ipponla uduzdu

 

Rusiyanın Kazan şəhərində təşkil olunan "Böyük dəbilqə" turniri davam edir.

Demokratikmusavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, yarışların ikinci günü Azərbaycanın daha 4 cüdoçusu  - Rəşad Məmmədəliyev, Nurlan Osmanov, Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayacaq.

1/16 final. Rəşad Məmmədəliyev -  Maxmadbek Maxmadbekov (Rusiya) 

1/32 final. Nurlan Osmanov turnirə uğurla başlayıb. İdmançımız yunanıstanlı Georgios Azoidis üzərində təmiz qələbə qazanıb. 

81 kq

1/16 final. Murad Fətiyev - Terens Kuamba (Qabon)

Yarışa 1/32 finaldan başlayan Hidayət Heydərov stardaca uduzub.  O, Asad Masabirova (Qırğızıstan) ippon fəndiylə uduzub.

Demokratikmusavat.com

0.12043118476868