Rusiyada koronavirusdan ölənlərin sayı 112 mini ötüb

 

Rusiyada son sutka ərzində daha 7639 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Demokratikmusavat.com APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 855 128 nəfərə çatıb.

Son sutka ərzində 351 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 112 245 nəfərə çatıb.

Demokratikmusavat.com

0.15180683135986