Leysan yağışın fəsadları - VİDEO

 

Küçələrə dolmuş yağış suları FHN-in əməkdaşları tərəfindən kənarlaşdırılıb

Demokratikmusavat.com Real TV-ə istinadən bildirir ki, Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi ayrı-ayrı ərazilərdə intensiv yağıntılarla müşayiət olunub.

Yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə, küçə və prospektlərə yağış sularının dolması ilə əlaqədar FHN-nin "112" qaynar telefon xəttinə müraciətlər daxil olub. Müraciətlər əsasında Nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikası yağış sularının yığıldığı ərazilərə cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində əksər ərazilərdə suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Demokratikmusavat.com

0.16868305206299